"Abşeron" amerikalı oyunçu transfer etdi
Digər növlər
19-09-2024, 14:18

“Abşeron” basketbol klubu heyətini amerikalı oyunçu ilə gücləndirib.
Pressing.az xəbər verir ki, oyun qurucusu mövqeyində çıxış edən Sedrik Consonla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Basketbolçu son olaraq ölkəsində “St-Xavier” komandasının şərəfini qoruyub.
“Abşeron” buna qədər Lari Robinson və Nəcəf Babayevlə 1 illik müqavilə imzalayıb.
