Azərbaycanlı taekvondoçudan Türkiyədə qızıl medal
Pumse üzrə Azərbaycan millisinin üzvü Hüseyn Novruzov Türkiyənin Antalya şəhərində keçirilən “Türkiye Open” beynəlxalq turnirində freestyle proqramında parlaq çıxış nümayiş etdirərək, qızıl medal qazanıb.
Bu barədə Pressing.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
O, yarışda yüksək pumse texnikası və akrobatik elementləri ilə fərqlənərək bir sıra güclü rəqibləri üstələyib.
Bu, Azərbaycan taekvondo tarixində böyüklər arasında rəsmi yarışda pumse üzrə qazanılan ilk qızıl medaldır.