Xəbər lentiwidget-title-icon

MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
“Turan”ın Çempionlar Liqası oyununa biletlər pulsuz paylanacaq
Əliyar Ağayev Gürcüstan - Ukrayna oyununu idarə edəcək
"Qəbələ"də yeni məşqçilər - RƏSMİ

“Baku Open 2024” Şahmat Festivalı başa çatıb

Bakı İdman Sarayında təşkil edilən “Baku Open 2024” beynəlxalq şahmat festivalının bağlanış mərasimi keçirilib.

Pressing.az xəbər verir ki, mərasimdə əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illik yubileyinə həsr olunan yarışın icmalını əks etdirən videoçarx nümayiş olunub. Çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışın keçirilməsində dəstək olan qurumlara təşəkkür edib, turnirin özünəməxsus xüsusiyyətlərindən danışıb.

AŞF rəhbəri “Baku Open 2024” festivalının təşkil olunduğu Bakı İdman Sarayını təşəkkürnaməylə təltif edib. Mükafat arenanın direktor müavini Vüqar Tağıyevə təqdim olunub.

Daha sonra qaliblərin mükafatlandırılma mərasimi baş tutub. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, AŞF prezidenti Mahir Məmmədov, federasiyanın Birinci Vitse-prezidenti Faiq Həsənov, baş katib İlahə Qədimova, İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, AŞF-nin qadın və sosial komissiyasının rəhbəri Zeynəb Məmmədyarova təqdim edib.

Kişilərin mübarizəsində 4 şahmatçı 7 xal toplayıb. Əlavə göstəricilərə görə Sina Movahed (İran) çempion tituluna yiyələnib. Hindistanlılar Abhimanyu Puranik 2-ci, Mittal Aditya 3-cü yeri tutub. Azərbaycanlı zəka sahibləri arasında ən yüksək nəticəyə Vüqar Əsədli imza atıb. O, 6,5 xalla 5-ci olub.

Qadınlar arasında isə rusiyalı Polina Şuvalova 6,5 xalla qalib adına yiyələnib. Növbəti yerlərdə qazaxıstanlı şahmatçılar Bibisara Assaubayeva (6,5 xal) və Meruert Kamalidenova (5,5 xal) qərarlaşıb. Hesabında 5,5 xal olan Gülnar Məmmədova yarışı 4-ci pillədə bitirib.

Festival çərçivəsində keçirilən veteranların Azərbaycan çempionatında İlqar Bacarani çempionluq sevinci yaşayıb. Fikrət Sideifzadə ikinci, Akif Vəlibəyov üçüncü yerə layiq görülüb.

Müxtəlif kateqoriyalarda Nurlan Qənizadə, Mədinə Eyvazova (hər ikisi 8 yaşlıların turnirində), Eldar Ağacanov, Məryəm Məmmədova (10 yaşlılar), Əhməd Hüseynov və Zəhra Allahverdi (12 yaşlılar) birinci yeri tutub və Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Oxşar xəbərlər

Bütün xəbərlər