Xəbər lentiwidget-title-icon

Şeydayev oynadı, komandası uduzdu
Millimiz Moldovaya məğlub oldu
Birinci Liqa: "Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Maykl Kerrik: "Sabah" komanda şəklində yaxşı pressinq edir"
Futbolçu Fizuli Məmmədova söz atdı, dava düşdü - VİDEO
Azərbaycan yığması Gürcüstana yenə uduzdu
"Kəpəz"də ciddi itki
Azərbaycan Basketbol Federasiyasında Məşqçilər Departamenti yaradılıb
Sanqare Ərəbistan klubunda
Azərbaycanda voleybol klubunun adı dəyişdirilib
"Turan" CEV Çempionlar Liqasında mübarizəyə start verir
"Araz-Naxçıvan"ın futbolçusu miliyə çağırıldı
UÇL: “Qalatasaray” bu gün “Sportinq”lə qarşılaşacaq
9 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları"nda 10-cu tur start götürüb - NƏTİCƏLƏR
Mahir Emrelinin komandasında yeni baş məşqçi
Zubirin Ərəbistan klubuna transferində problem yarandı
Fərid Qayıbov Filip Judanı qəbul edib
Braziliyalı hücumçu "Sabah"da
Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edir
Azərbaycan atleti dünya çempionu olub
Azərbaycan idmançıları üçün Belarus sınağı
Niderland klubunda ciddi itki
ÇL: "Real" "İnter"ə, "Mançester Siti" "Portu"ya qalib gəldi
Koreyalı futbolçu Azərbaycan klubunda - RƏSMİ

Azərbaycan güləşçilərindən reytinq turnirində daha 2 medal

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən reytinq turniri sona yaxınlaşır.

Pressing.az
xəbər verir ki, bu gün daha 7 güləşçimiz “Zaqreb Open”də mübarizə aparıb.

Qadın güləşində 57 kq-da cəmi 2 iştirakçı yer aldığı üçün Jalə Əliyeva birbaşa finalda güləşib. Həmyerlimizin amerikalı Cakarra Vinçesterlə görüşü dramatik alınıb. İlk hissədən sonra 0:7 hesabıyla geridə olan Əliyeva əzmkarlıq nümayiş etdirərək fərqi 3 xala endirib. Jalə son anda 4 xallıq fəndi icra etsə də, hakimlər vaxtın bitdiyini əsas gətirərək həmin fəndi qeydə almayıb. Beləliklə, rəqibinə 4:7 hesabıyla məğlub olan Əliyeva gümüş medalla kifayətlənib.

Böyüklər arasında debüt edən Zəhra Kərimzadə (72 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə fransalı Paulin Lekarpenyeyə (0:3), xorvatiyalı Veronika Vilkə (2:6), amerikalı Skilar Grota (0:10) və macarıstanlı Noemi Naqiyə (1:10) uduzub.

Yunan-Roma güləşi üzrə 77 kq-da 3 təmsilçimiz xalçaya çıxıb. Ölkə çempionu Davud Məmmədov debütdə moldovalı Aleksandru Soloveyə 0:3 hesabıyla məğlub olub. Daha təcrübəli Xasay Həsənlli 1/8 finalda rusiyalı Sergey Stepanova minimal fərqlə yenilib – 6:7. Bu çəkidə millinin lideri sayılan Sənan Süleymanov serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən (1:1), macarıstanlı Robert Frişə isə 7:1 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda Stepanovla bacarmayıb – 0:4. Sergey finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşə vəsiqə qazanıb. Xasay ilk təsəlliverici görüşdə finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalib gəlib. Ancaq daha təcrübəli Süleymanov Həsənlini vaxtından əvvəl məğlub edib – 8:0. Sənan bürünc medal uğrunda rusiyalı Sergey Kutuzovla güləşib və 1:3 hesabıyla uduzub.

İslam Abbasov (87 kq) özbəkistanlı Jalqasbay Berdimuratovu 4:3 hesabıyla, macarıstanlı İştvan Takaçı isə sonuncu xal prinsipinə əsasən (3:3) mübarizədən kənarlaşdırıb. 1/4 finalda danimarkalı Turpal Ali Bisultanova 0:4 hesabıyla məğlub olan Abbasov qazaxıstanlı İslam Yevloyev təsəlliverici görüşdə iştirak etmədiyi birbaşa bürünc medal uğrunda güləşmək hüququ əldə edib. İslam axşam seansında rusiyalı Milad Alirzayevlə mübarizə aparıb. Qarşılaşmanın əvvəllərində 0:5 hesabıyla geri düşən Abbasov əzmkarlıq nümayiş etdirərək geridönüş edib və sonuncu xal prinsipinə əsasən (5:5) bürünc medala sahibi çıxıb.

Bu çəkidəki digər təmsilçimiz Rafiq Hüseynov ilk mərhələdə serbiyalı Aleksandr Komarova 3:5 hesabıyla məğlub olub.

Oxşar xəbərlər

Bütün xəbərlər