Xəbər lentiwidget-title-icon

"Turan"da yaponiyalı oyunçu
Valdas Dambrauskas: "Çempionlar Liqasında səfərdə keçirilən heç bir oyun asan olmur"
Bakıda güləş üzrə dünya çempionatının açılış mərasimi keçirilib
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
Azərbaycan çempionatlarında püşkatmaların tarixləri məlum olub
Elit kateqoriyalı hakimlər fitness testini uğurla başa vurublar
Nurlan Novruzovun yeni klubu - RƏSMİ
"İmişli"də yeni legoiner - RƏSMİ
Məşhur serbiyalı futbolçunun yeni klubu
Elxan Səmədov Darko Ramovs ilə görüşüb
“Zirə” – “Payde” matçının baş hakimi dəyişdirildi
Prezidentdən Azərbaycandakı dünya çempionatı ilə bağlı sərəncam
Depayla bağlı qərar - RƏSMİ
"Zaqatala"da baş məşqçi ayrılığı
Rəşad Sadıqov bu tarixdə media önünə çıxacaq
Valdas Dambrauskasın mətbuat konfransı olacaq
Azərbaycan millisi Afinaya yollanıb
Kamal Umudluya UEFA-dan növbəti təyinat
Azərbaycan millisinin üzvləri Avropa çempionatında yarışacaqlar
Mahir Emrelinin komandasından uğursuz start
Macarıstan qran-prisinin qalibi bəlli olub
Bundesliqadan La Liqaya
Toral Bayramovlu "Bursaspor" “Şaxtyor”la heç-heçə etdi
“Sabah” Finlandiyadadır
"Sumqayıt" "Qəbələ" ilə heç-heçə etdi

Bakıda güləş üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Bakıda güləş üzrə U17 dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Pressing.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində Azərbaycanın dünya çempionatına ev sahibliyi etməsindən bəhs olunub. Qeyd edilib ki, qarşıdakı bir həftə ərzində azarkeşləri yüksək səviyyəli mübarizə, maraqlı yarış və müxtəlif əyləncəli proqramlar gözləyir. Tamaşaçılar çempionatın bütün yarış günlərində iştirak üçün Milli Gimnastika Arenasına dəvət olunublar.

Tədbirdə Azərbaycan Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir və ölkədə yaradılan müasir idman infrastrukturu, gənclərin idmana cəlb olunması, eləcə də beynəlxalq yarışların yüksək səviyyədə təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Qeyd olunub ki, U17 Dünya Güləş Çempionatı yalnız medallar uğrunda mübarizə deyil, həm də gənc idmançıların öz potensiallarını və idmanın birləşdirici gücünü nümayiş etdirdikləri, yeni dostluqlar qazandıqları mühüm beynəlxalq platformadır. Güləşin Azərbaycan xalqının qədim idman ənənələrinin ayrılmaz hissəsi olduğu, ölkə idmançılarının beynəlxalq arenalarda qazandıqları uğurların yeni nəslə ilham verdiyi diqqətə çatdırılıb.

Federasiya prezidenti yarışların ədalətli mübarizə şəraitində keçəcəyinə inandığını bildirib, təşkilat komitəsinə, tərəfdaşlara və çempionatın təşkilində əməyi olan hər kəsə təşəkkür edib, yarış iştirakçılarına uğurlar arzulayıb. O, U17 Dünya Güləş Çempionatını açıq elan edib.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç çıxış edərək Bakının növbəti dəfə dünya səviyyəli idman tədbirinə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıblar.

Rəsmi hissədən sonra tamaşaçılara Azərbaycanın zəngin mədəni irsi ilə müasir idman ruhunu özündə birləşdirən möhtəşəm bədii proqram təqdim olunub.

“Bu gün dünya güləşinin ürəyi Bakıda döyünür” adlı kompozisiya idmanın dili ilə qurulan dostluğun, hörmətin və birliyin hekayəsini canlandırıb.

Səhnəyə çıxan iki gənc güləşçi dünya çempionatının bütün iştirakçılarını təmsil edərək həyəcanı, inamı və qələbə arzusunu nümayiş etdirib. Ardınca müxtəlif ölkələri təmsil edən güləşçilərin xalça üzərində bir araya gəlməsi, muğamın müasir ritmlərlə sintezi qədim mədəniyyətlə müasir idman bayramını vəhdətdə nümayiş etdirib.

Oxşar xəbərlər


Bütün xəbərlər

"Turan"da yaponiyalı oyunçu
Valdas Dambrauskas: "Çempionlar Liqasında səfərdə keçirilən heç bir oyun asan olmur"
Bakıda güləş üzrə dünya çempionatının açılış mərasimi keçirilib
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
Azərbaycan çempionatlarında püşkatmaların tarixləri məlum olub
Elit kateqoriyalı hakimlər fitness testini uğurla başa vurublar
Nurlan Novruzovun yeni klubu - RƏSMİ
"İmişli"də yeni legoiner - RƏSMİ
Məşhur serbiyalı futbolçunun yeni klubu
Elxan Səmədov Darko Ramovs ilə görüşüb
“Zirə” – “Payde” matçının baş hakimi dəyişdirildi
Prezidentdən Azərbaycandakı dünya çempionatı ilə bağlı sərəncam
Depayla bağlı qərar - RƏSMİ
"Zaqatala"da baş məşqçi ayrılığı
Rəşad Sadıqov bu tarixdə media önünə çıxacaq
Valdas Dambrauskasın mətbuat konfransı olacaq
Azərbaycan millisi Afinaya yollanıb
Kamal Umudluya UEFA-dan növbəti təyinat
Azərbaycan millisinin üzvləri Avropa çempionatında yarışacaqlar
Mahir Emrelinin komandasından uğursuz start