Xəbər lentiwidget-title-icon

Xədicə Qurbanzadə Avropa çempionatının finalında
"Futbol Təhsili Vebinarları" başlayıb
AGF-də yeni komitənin ilk iclası keçirildi
Messi Ronaldonun izi ilə
Mbina: "Həm Premyer Liqada, həm də kubokda qalib olmaq möhtəşəm hissdir" – AÇIQLAMA
Azərbaycan futbolunda yeni era: “Sabah”ın uğurunun sirri – YAZI
"Bakı-Xankəndi" yarışının sonuncu mərhələsinin qalibi müəyyənləşib
Dambrauskas Azərbaycanda “qızıl dubl” edən ilk əcnəbi baş məşqçi oldu
“Bakı-Xankəndi” velosiped turnirinə bu gün yekun vurulacaq
14 may: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabah"da Puxaçla bağlı QƏRAR
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
Azərbaycan millisinin üzvü üçün növbəti 90 dəqiqə
Azərbaycan Kubokunda finalın vaxtı açıqlanıb
Nəriman oynadı, komandası məğlub oldu
"Sabah"ın finalda geridönüşü - VİDEO
Valdas Dambrauskas: "Oyunçularımla fəxr edirəm"
Rəşad Sadıqov: "Bu, rəqibin nə qədər güclü olduğunu göstərir"
"Sabah" Azərbaycan Kubokunun da qalibi oldu!
"Sabah" - "Zirə" matçı üçün HEYƏTLƏR
"Sassuolo"dan "İnter"ə
"Bakı–Xankəndi" yarışında 4-cü mərhələnin qalibi o oldu
Nərimanın ABŞ klubundakı maaşı - 550 min dollar
Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları
İtaliyalı idmançı “Bakı–Xankəndi” velosiped yarışının qalibi olub

Azərbaycan və Türkiyənin güclüləri Mingəçevirə toplaşdı

Mingəçevirdə "Olimpiya Ümidləri" beynəlxalq karate turniri təşkil edilib.

Pressing.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyası və Avropa Karate Federasiyasının təqvim planına uyğun olaraq "Kür" Olimpiya İdman Tədris Mərkəzində baş tutub.

Turnirdə Azərbaycan, Türkiyə və Küveytdən ümumilikdə 300 idmançı uşaqlar, yeniyetmələr və gənclər arasında mübarizə aparıb. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, Küveyt isə üçüncü olub.

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, 8-ci dan qara kəmər sahibi Füzuli Musayev çıxış edərək idmançıları salamlayıb, federasiya prezidenti Ülvi Quliyevin salam və təbriklərini iştirakçılara çatdırıb.

Füzuli Musayev qeyd edib ki, ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğı nəticəsində Azərbaycan dünya idman xəritəsində öz layiqli yerini tutub. "Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə idman siyasəti uğurla həyata keçirilir, müasir idman infrastrukturu yaradılır, beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edilir. Bu gün ölkəmiz təkcə regionda deyil, bütün dünyada idman ölkəsi kimi tanınır", - deyə vitse-prezident vurğulayıb.

O, III MDB Oyunlarının məhz Azərbaycanda keçirilməsinin dövlətimizin idman sahəsində qazandığı etimadın göstəricisi olduğunu xüsusi diqqətə çatdırıb:

"MDB məkanında belə mötəbər yarışa ev sahibliyi etmək Azərbaycanın idman ənənələrinin gücləndiyini, ölkəmizin beynəlxalq arenada nüfuzunun artdığını bir daha nümayiş etdirir. Bu həm də Azərbaycan gəncliyinə, idmançılarımıza verilən dəyərin bariz nümunəsidir".

Füzuli Musayev çıxışının sonunda bütün iştirakçıları mübarizədə fəal olmağa, ədalətli oyun prinsiplərinə sadiq qalmağa çağırıb və idmançılara uğurlar arzulayıb.

O həmçinin qeyd edib ki, bu turnir III MDB Oyunlarına hazırlıq məqsədilə test xarakteri daşıyıb. Təşkilat Komitəsi sınaq xarakteri daşıyan yarışın yüksək səviyyədə keçirilməsi üçün böyük zəhmət sərf edib və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Qalib və mükafatçılar federasiya tərəfindən xüsusi hazırlanmış medal və diplomlarla təltif olunublar. Yarışı beynəlxalq dərəcəli hakimlərlə yanaşı, respublika dərəcəli hakimlər də idarə ediblər. Ümumilikdə turnirdə 23 hakim fəaliyyət göstərib.

Oxşar xəbərlər

Bütün xəbərlər