Xəbər lentiwidget-title-icon

“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə
Azərbaycan millisinin Omanla oyunlarının vaxtı açıqlanıb
Ayxan Abbasov: "Sevindirici hal odur ki, Millətlər Liqasında məğlub olmadıq"

Suqovuşanda “Prezident Kuboku-2025″in açılış mərasimi keçirildi

Akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Pressing.az
xəbər verir ki, tədbir Suqovuşanda gerçəkləşib.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov, millət vəkili Elman Nəsirov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycanın Dövlət Himni səsləndiriləndən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ardınca açılış sözü Fərhad Əliyeva verilib. Yarış iştirakçılarını və qonaqları salamlayan AKAF-nin baş katibi yarışın açılış mərasiminin Suqovuşanda keçirilməsinin sevindirici hal olduğunu söyləyib.

Daha sonra çıxış edən Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana bu cür mötəbər turnirin Azərbaycanda keçirilməsinin önəmindən danışıb. O, yarışda güclülərin qalib gələcəyinə əminliyini vurğulayıb.

Yarışı açıq elan edən Fərid Qayıbov qonaqları salamlayıb və iştirakçılara uğurlar arzulayıb.

Bu gün Suqovuşanda 200 metr məsafəyə yarışlar baş tutacaq.

“Prezident Kuboku-2025” turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Oxşar xəbərlər


Bütün xəbərlər