Xəbər lentiwidget-title-icon

"Sabah" "Şəfa"ya belə qalib gəldi - VİDEO
"Şəfa" vaxt keçdikcə daha da yaxşı olacaq" - Zaur Həşimov
Valdas Dambrauskas: "İlk hissədə "Old Trafford"da buraxdığımız səhvlərə yol verdik"
"Sabah" "Şəfa"ya 3 qolla qalib gəldi - YENİLƏNİB
"Şəfa" - "Sabah" matçı üçün HEYƏTLƏR
2-ci liqada 3-cü tura yekun vurulub
“Naxçıvan” Azərbaycan millisinin üzvü ilə müqavilə bağlayıb
Azərbaycan boksçuları Sofiyadakı Avropa çempionatında iştirak edəcəklər
"Neftçi"də yeni müqavilə - RƏSMİ
Amerikalı oyunçu "Sabah"da - RƏSMİ
Azərbaycan voleybolçuları Avropa çempionatında məğlub olub
"Neftçi" və "Sumqayıt" SOCAR-ı təbrik etdi, AFFA isə "unutdu"
Azərbaycan komandası birinci oldu
14 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Rəşad Sadıqov: "Bu il dörd futbolçumuzun çiyni çıxıb" - VİDEO
İkinci Liqada dörd oyun
Azərbaycan millisindən Belçikada bürünc medal
Kimmix Şvaynştaygerə çatdı
"Şəfa"da yeni oyunçu
"Zirə" - "Qarabağ" matçında vurulan qollar - VİDEO
"Şəfa" "Sabah"a qarşı
Zirə və Şamaxıda "sülh" - YENİLƏNİB
"Turan Tovuz" növbəti dəfə BƏYANAT YAYDI: "Haqsızlığa qarşı mübarizəmizi davam etdirəcəyik"
Kurban Berdıyev: "VAR-a gedəndə başqa qərar gözləyirdim”
Zaur İsmayılov: "Kobud səhvlərimizdən sonra qollar gördük"

Avarçəkmə üzrə “Prezident kuboku-2025” bu dəfə Füzuli, Mingəçevir və Suqovuşanda

28 aprel-2 may tarixlərində Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında Ümumilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku-2025” beynəlxalq reqatası keçiriləcək.

Pressing.az xəbər verir ki, yarışlarda Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edəcək.

Aprelin 28-də “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Qarabağda- Füzulidə yerləşən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları olacaq. Həmçinin Füzuliyə köç edən sakinlərə həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda peşəkar məşqçilərin nəzarəti ilə avar çəkmək imkanı yaradılacaq. Uşaq və yeniyetmələr üçün həvəsləndirici viktorinalar təşkil ediləcək.

Reqatanın rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək. 30 aprel tarixində Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata 1-2 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər