İtaliya klubunda yeni baş məşqçi » Pressing.Az
İtaliya klubunda yeni baş məşqçi
Dünya Futbolu 3-07-2024, 10:27

“Empoli” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Pressing.az xəbər verir ki, komandanı Roberto D`Aversa çalışdıracaq. Bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

47 yaşlı mütəxəssislə2 illik müqavilə imzalanıb. Roberto bu vəzifədə Davide Nikolunu əvəzləyib. İtaliyalı məşqçi "Parma", "Sampdoriya", "Leççe" kimi klubları çalışdırıb.

Qeyd edək ki, “Empoli” A seriyasında son mövsümü 17-ci pillədə tamamlayıb.