İtaliya klubunun "sükan"ı ona həvalə edildi » Pressing.Az
İtaliya klubunun "sükan"ı ona həvalə edildi
Dünya Futbolu 16-01-2024, 15:24

“Empoli” klubunda baş məşqçi dəyişikliyi baş verib.

Pressing.az
xəbər verir ki, İtaliya komandasının sabiq baş məşqçisi Aurelio Andreazzoli klubdan ayrılıb.

Klub artıq ona əvəzləyici tapıb. Belə ki, “Empoli”ni Davide Nikola çalışdıracaq.

Komanda İtaliya çempionatında 13 xalla 19-cu pillədədir.