Ramil Şeydayevin komandasından növbəti qələbə » Pressing.Az
Ramil Şeydayevin komandasından növbəti qələbə
Dünya Futbolu 29-12-2023, 12:00

Yığmamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.

Pressing.az
xəbər verir ki, sözügedən komanda 10-cu tur çərçivəsində səfərdə “Praçuap”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Şeydayev bu matçın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.

“Buriram Yunayted” hazırda 27 xalla 4-cü pillədə qərarlaşıb.