Xəbər lentiwidget-title-icon

“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik

"Neftçi"nin yeni baş məşqçisi Şeydayevi sərəncamında görmək istəyir

"Neftçi"nin yeni baş məşqçisi Miodraq Bozoviç yerli oyunçu limitini keyfiyyətli futbolçularla doldurmaq istədiyini rəhbərliyin diqqətinə çatdırıb.

Pressing.az Sportliqa.az
-a istinadla xəbər verir ki, monteneqrolu mütəxəssis Rusiyada "Krılya Sovetov"u çalışdırarkən rəhbərliyi altında oynamış Ramil Şeydayevin keçidini "ağ-qaralar"ın rəhbərliyindən istəyib.

O, yaxşı nəticələr qazanmaq üçün keyfiyyətli yerlilərin vacibliyini bildirib. Monteneqrolu mütəxəssis Şeydayevi yaxşı tanıdığını və sisteminə olduqca uyğun gəldiyini bildirib.

Rəhbərlik bu keçidə söz verməsə də, Şeydayevin razı salmağa çalışacağını bildirib.

Ramil hazırda Tailandın "Buriram Yunayted" klubunda çıxış edir. Onun bu komandada işləri heç də qaydasında getmir və son məlumatlara görə, Şeydayev Asiyada özünü xoşbəxt hiss etmir. 27 yaşlı hücumçu Asiya Çempionlar Liqasının qarşılaşmasında fiziki şiddətə məruz qalmasından sonra komandadan ayrılmağı belə ağlından keçirir. Bu səbəbdən onun Azərbaycana qayıtması olduqca real görünür.

Ramil Şeydayev ötən yay "Qarabağ"dan Tailand klubuna keçib.

Oxşar xəbərlər