Xəbər lentiwidget-title-icon

"Futbolçularımın performansı haqda danışmaq istəmirəm" - Valdas Dambrauskas
Azər Məmmədov: "Keyfiyyət fərqi öz sözünü dedi"
"Sabah" "Kəpəz"ə qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
Cavid Hüseynovdan heç-heçə şərhi
Fərid Namazov: "Bu gün hər iki komanda qələbə qazana bilərdi"
"Sabah" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
Ferran Torres rəsmən PSJ-də
Ş.Məmmədyarovun komandası Türkiyə Super Liqasının qalibi olub
İlham Zəkiyev Avropa çempionatının finalında!
"Lion"da yeni futbolçu
15 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları": "Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adladı
MPL: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Səbail”dən Türkiyədə ilk yoxlama oyununda qələbə
"Traktor"dan mövsümə qələbə ilə start
"Turan Tovuz"un qələbəsi - VİDEO
Cəlal oynadı, komandası qalib gəldi
Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb

“Qarabağ”ın sonrakı oyunları məni maraqlandırmır” - Robbi Kin

“Ferentsvaroş” klubu UEFA Çempionlar Liqası pley-off mərhələsində “Qarabağ”a uduzaraq mübarizəni dayandırıb.

Pressing.az xəbər verir ki, Macarıstan təmsilçisinin baş məşqçisi Robbi Kin matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk oyundan sonra Bakıdakı matç haqda iddialı danışmışdız. Lakin mərhələni keçə bilmədiz. Maraqlıdır, bu cür danışmaq sizin stilinzidir, yoxsa Bakıda qalib gələcəyinizə inanırdınız?

- Xatırlamıram ki, udacam demişəm. Dedim ki, qalib gələcəyimizə inanıram. Fərq var. Qalib gələcəyimizi desəydim, qürurlu olardı. “Qarabağ” güclü komandadır, bilirdim ki, çətin olacaq. Amma futbolçularıma inanırdım. Biz bir qolla uduzduq. Çox çətin oyun oldu. “Qarabağ”ı təbrik edirəm. Biz yaxşı komandaya uduzduq. Yaxşı imkanlarımız oldu. Hədəfə doğru irəliləyirdik. Amma təəssüf ki, istədiyimiz kimi alınmadı.

- Özünüzü necə hiss edirsiz?

- Başa düşürük ki, yaxşı vəziyyət deyil. Uduzmağı sevmirəm. Baş məşqçi olaraq uduzmaq mənim üçün ağırdır. Emosiyalarım normaldır. Bir oyun bitdi. Oyunçular hər şeyi etdilər. Həvəsli idilər. Mübarizə aparmaq, qalib gəlmək lazımdır. Bəzi hallarda uduzursan, bəzən qalib gəlirsən. İdmandır. Eyni zamanda, biz çox axmaq qollar buraxdıq. Onları analiz edəcəyik. Rəqibə hədiyyələr də verdik.

- Bu uğuruzluğa görə, Kadinin əlinizdən çıxmasına görə təəssüfləndiz?

- Kadi yaxşı oyunçudur, yaxşı pressinq edir. Onunla çox vaxt keçirməmişəm. Bəlkə də 2 həftə birlikdə olduq. Bizim də yaxşı oyunçularımız var. Aleks Toot xəstələnmişdi. Kadi də yaxşı futbolçudur, yaxşı insandır. Ona uğurlar arzulayıram.

- Hər qol vuranda rəqibə qarşı emosional, xoşagəlməz hərəkətlər edirdiniz. Düşünmürdünüz ki, rəqibi qıcıqlandırırsız?

- Ciddi soruşuram, nəyə görə belə soruşursuz? Əlbəttə, emosional olmalıyam. Siz qol vuranda qeyd edirdiz də, hər kəs skamyadan çıxırdı. Sizin baş məşqçiniz qolları qeyd etmirdi? Baş məşqçi robot olmalıdır? Emosiyalarımız olacaq. Penalti də oldu. O qədər emosional reaksiya vermədim. Ondan sonra dedim ki, davam edin. Bu cür suallarda ehtiyatlı olmaq lazımdır.

- Baş məşqçilər dəyişir, Stanislav Çerçesov gedir, Robbi Kin gəlir, amma nəticədə fərq yoxdur. Sizə elə gəlmir ki, “Ferentsvaroş”un “Qarabağ” lənəti var?

- Səhv etmirəmsə, ikinci dəfədir uduzuruq. Robbi Kin də, digər məşqçi də olanda bəlkə uduzmuşuq. Bu sadəcə baş məşqçi ilə əlaqəli deyil, kollektiv oyundur. Bunu sorğulaya bilmərəm. Üzülürəm ki, uduzduq. Futbolçularım adına da narahatam. Amma fikirləşirik ki, biz diqqətimizi Avropa Liqasına yönəldəcəyik.

- Bu “Qarabağ” Çempionlar Liqasında hansı nailiyyətə imza ata bilər?

- Məni çox da maraqlandırmır. Həqiqətən məni maraqlandırmır. Səmimi danışım. Mən onlara uğurlar arzulayıram. Artıq “Qarabağ”ın sonrakı oyunları məni maraqlandırmır. Öz komandama fokuslanacam.(qafqazinfo.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

"Futbolçularımın performansı haqda danışmaq istəmirəm" - Valdas Dambrauskas
Azər Məmmədov: "Keyfiyyət fərqi öz sözünü dedi"
"Sabah" "Kəpəz"ə qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
Cavid Hüseynovdan heç-heçə şərhi
Fərid Namazov: "Bu gün hər iki komanda qələbə qazana bilərdi"
"Sabah" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
Ferran Torres rəsmən PSJ-də
Ş.Məmmədyarovun komandası Türkiyə Super Liqasının qalibi olub
İlham Zəkiyev Avropa çempionatının finalında!
"Lion"da yeni futbolçu
15 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları": "Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adladı
MPL: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Səbail”dən Türkiyədə ilk yoxlama oyununda qələbə
"Traktor"dan mövsümə qələbə ilə start
"Turan Tovuz"un qələbəsi - VİDEO
Cəlal oynadı, komandası qalib gəldi