Xəbər lentiwidget-title-icon

MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
“Turan”ın Çempionlar Liqası oyununa biletlər pulsuz paylanacaq
Əliyar Ağayev Gürcüstan - Ukrayna oyununu idarə edəcək
"Qəbələ"də yeni məşqçilər - RƏSMİ

"Birinci hissədə gözəl oynadıq, yaxşı mübarizə apardıq" - Jorj Kaşkilya

"İmişli" klubu Misli Premyer Liqasının 10-cu turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.

Pressing.az xəbər verir ki, qonaqların baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunçularımla fəxr edirəm. "Qarabağ" kimi güclü komandaya qarşı bu səviyyədə futbol oynadıq. Birinci hissədə taktiki cəhətdən fantastik çıxış etdik. Yaxşı hazırlaşmışdıq. Bilirdik ki, "Qarabağ"ın güclü tərəfi nədir. Keyfiyyətli oyunçuları var, gözləyirdik ki, arxada boşluqları olacaq. İlk hissədə taktiki cəhətdən hər şey düzgün idi. İki epizodu əldən verdik, rəqibin hücumlarının qarşısını ala bildik. Qol vura bilmədik. Qol vura bilmirsənsə, əksi olur. İkinci hissədə bilirdik ki, bizi çətin anlar gözləyir. "Qarabağ" yüksək pressinq edəcəkdi, təzyiq göstərəcəkdi. Buna hazır idik. İlk qolu buraxdıqdan sonra taktiki cəhətdən dəyişiklik etmək istədik ki, qol vuraq. "Qarabağ"ın yüksək sürətli, texnikalı oyunçuları bundan istifadə edib, bizə 2-ci qolu vurdular. Uduzduğumuza görə, məyusuq. Amma oyunumuzdan razıyam. "Qarabağ" kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir. Onları təbrik edirəm, uğurlar arzulayıram.

- Dioqo Almeyda ilk hissədə iki epizodu dəyərləndirə bilmədiyi üçün onu əvəzləyəcəyinizi gözləmək olardı. Amma görünür ki, komandanız mərkəz hücumçusu baxımından əziyyət çəkir. Bu haqda fikriniz necədir?

- Futbolda normal haldır. Almeyda əla oyunçudur, bu matçı da yaxşı oynadı. Bizim üçün vacib futbolçudur. Topu irəlidə saxlaya bilir, rəqib qapısı qarşısında təhlükəli anlar yaradır. Onu dəyişməməyimizin səbəbi başqa oyunçunun olmaması deyil, taktiki məsələdir. Dioqonun meydanda qalması doğru idi.

- Siz kubok oyununa çıxmışdınız, amma "Qarabağ" istirahət etmişdi, daha təravətli idilər. Bu məqam sizə nə dərəcədə təsir etdi?

- Azərbaycan futbolunda "Qarabağ" piramidanın ucundadırsa, biz kiçik komandayıq, piramidadın alt hissəsindəyik. "Qarabağ"ın yüksək səviyyəli oyunçuları olduğu üçün əvəzetmələri rahat edirlər. Bizdə çətindir. Rotasiyalarımız "Qarabağ"dakı kimi deyil. Birinci hissədə gözəl oynadıq, yaxşı mübarizə apardıq. "Qarabağ" bizdən daha böyük klubdur.

- Penaltini Almeyda qazansa da, Juninyo yerinə yetirdi. Bu, sizin qərarınızdır?

- Bəli, mənim seçimdir. "Qaradağ Lökbatan"la görüşdə də penaltini Juninyo vurmuşdu. Bu, oyunçuda özünəinamı artırır.

- Bu oyun Qubada keçirilməli idi, amma matçın "Azərsun Arena"da keçirilməsinə razılıq verdiniz. "Qarabağ"ın yol yorğunu olmasının qarşısını aldınız. Matç Qubada keçirilsəydi, nəticə fərqli ola bilərdi?

- Cavab verə bilmərəm. Orada oynadıq, ya burada oynadıq, "Qarabağ" güclü komandadır. Cavabı yoxdur məndə. Orada necə olacağını deyə bilmərəm.

- Ümumiyyətlə, Qubada özünüzü meydan sahibi kimi hiss edə bilirsiz?

- Mən məşqçiyəm, bu dəyişiklik baş verəndə, bizimkilər "Qarabağ"a köməklik etmək istədi. Ev məsələsinə gəldikdə, biz səfərdə 4 matçın 3-də qalib gəlmişik. Bu, onu göstərir ki, səfərdə də güclüyük. Azarkeşlərimiz necə ki, Qubadakı oyunlara gəlirlər, eləcə də səfər görüşlərində də bizə dəstək olurlar.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16