Xəbər lentiwidget-title-icon

“Ordu”dan “Lənkəran” üzərində qələbə - ABL
Azərbaycan millisi Şimali İrlandiyaya da məğlub oldu
AFFA bu oyunları təxirə saldı
Aqil Nəbiyev: “Hədəfimiz Malta ilə oyunda mütləq qələbə qazanmaqdır”a - AÇIQLAMA
28 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
Azərbaycanlı taekvondoçudan Türkiyədə qızıl medal
Azərbaycan, yoxsa Şimali İrlandiya?
Azərbaycanlı hakimlər Avropa Kubokunun oyununa təyinat alıblar
"Real"ın zədəlisi geri döndü
Azərbaycan millisinin Sent Lüsiya üzərində qələbəsi - VİDEO
Ayxan Abbasov: “Kimin daxilində nə var, elə fikirləşir”
Azərbaycan millisindən böyükhesablı qələbə
Rəşad Eyyubov: “Uduzmuşuqsa, deməli, pis oynamışıq”
Azərbaycan millisinin oyununun vaxtında DƏYİŞİKLİK
Portuqaliya yığması millimizi darmadağın etdi
27 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycanlı güləşçiyə 4 illik cəza verildi
Azərbaycan millisi Sent Lüsiyaya qarşı
Azərbaycanın U-21 millisi Portuqaliya ilə qarşılaşır
“Ordu” qalib gəldi, “Neftçi” uduzdu - Yüksək Liqa
Tanınmış futbolçu sıraya qayıtdı
"Bayern" cəbhəsində Musiala sevinci
Türkiyə yığması pley-offun finalında
Emin Mahmudov: "Nəticə bizim üçün vacibdir"

"Molde"nin baş məşqçisi: "Evdəki matçda daha yaxşı oynayacağımıza inanıram"

"Molde" Avropa Liqası qrup mərhələsinin ilk turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

Pressing.az
xəbər verir ki, matçdan sonra kçeirilən mətbuat konfransında Norveç təmsilçisinin baş məşqçisi Erlinq Moe jurnalistlərin suallarını cavablandırıb:

- Püşkatmadan sonra demişdiz ki, "Qarabağ"ın necə inkişaf etdiyini təsəvvür edə bilmirəm. Bu oyundan sonra təsəvvürünüz yarandı?

- Bilirdik ki, rəqib hücum futbolu oynayır, bizi öndə sıxacaqlar. Onlar yaxşı təzyiq göstərməyi bacarırlar. Xüsusilə də ilk hissədə bunu gördük. "Qarabağ"ı təbrik edirəm, qələbəyə layiq idilər.

- Niyə müdafiədən oynamağı seçdiniz? Sizcə, oyunçu dəyişikliklərində gecikmədiniz?

- Hər zaman arxadan oyun qurmağa çalışıram. Bu istiqamətdə inkişaf etməliyik. Bunun da düzgün yol olduğunu düşünürəm. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı futbol saymıram. Evdəki matçda daha yaxşı oynayacağımıza inanıram. Dəyişikliklərə gəlincə, bu gün belə oldu. Əvəzetmələrdən sonra da rəqib yaxşı çıxış etdi.

- Dünən "Qarabağ"ı böyüməkdə olan komanda kimi gördüyünüzü demişdiniz. Məğlubiyyətdən sonra özünüzü necə hiss edirsiz?

- Məğlub olmağı sevmirəm. Ona görə də özümü yaxşı hiss etmirəm. Yaxşı oynamadıq. Bir addım geridəydik. Xüsusilə də müdafiədən çıxan ötürmələrin keyfiyyəti yaxşı deyildi. Komandanın performansına görə məyusam. Ümid edirəm ki, daha yaxşı olacağıq.

- Qrupun aşkar favoriti "Bayer"dir. Digər üç klubun ikincilik şansı olduğu ehtimal edilirdi. "Qarabağ"ı görəndən və nəticədən sonra sizcə, ikinci pilləyə daha şanslı Azərbaycan çempionudur?

- Məncə, hələ ki, nəsə demək tezdir. Cəmi bir oyun oynamışıq. Qrupda bir neçə oyun oynayaq, sonra daha konkret nələrsə demək olar. "Bayer" favoritdir, razıyam, Almaniya çempionatında da yuxarı pillələrdədir. Digər üç komanda ikincilik uğrunda mübarizə aparacaq. Səfərdə bir oyun oynamışıq. Növbəti matçlarda daha yaxşı nəticə göstərməyə çalışacağıq.

- Qrupdakı komandalar arasında ən az legioneri olan "Molde"dir, cəmi iki legioneriniz var. Transfer siyasətini niyə belə seçmisiz, büdcə imkan vermir, yoxsa necə?

- Yaxşı sualdır. Bəli, bu bizim strategiyamızdır. Biz özümüz 26 min əhalisi olan şəhəri təmsil edirik. Ona görə norveçli futbolçularla davam edirik. Xarici klublara transfer edilən oyunçularımız var. Cavan norveçliləri alıb, inkişaf etdirib, sonra satmaq əsas məqsəddir. Bununla da, Norveç futboluna töhvə vermiş oluruq.

- Çempionlar Liqasında məğlub olduğunuz "Qalatasaray"la "Qarabağ"ı necə müqayisə edərdiniz?

- Bugünkü matçda rəqib bizə oynamaq üçün çox az ərazi verdi. "Qalatasaray" yaxşı komandadır, yaxşı oyunçuları var. Amma "Qarabağ" vahid komanda kimi daha yaxşı çıxış edir. Bunu deməklə, "Qalatasaray" haqda mənfi fikir bildirmək istəmirəm. Onlar bizi uddular. Sadəcə "Qarabağ" daha çox komanda kimi çıxış edir.

- İkincilik uğrunda mübarizədə əsas rəqibiniz "Hekken"dir, yoxsa "Qarabağ"?

- Erkən nəsə demək çox çətindir. Avropada evdə və səfərdə oynamaq digər yarışlardan fərqlənir. Bir neçə oyun oynayaq, daha sonra görəcəyik. "Qarabağ" qələbə ilə başlayıb. "Hekken" də yaxşı komandadır. Qrupun taleyini əsasən ev oyunları həll edəcək. Eyni zamanda da xallar almağa çalışacağıq. "Bayer" və "Qarabağ"ın qələbə ilə başlaması, onları irəli atdı. Son olaraq, əlavə edirəm, ölkənizin çətin durumda olduğunu bilirəm. Sizə ən yaxşısını arzulayıram. Ümid edirəm ki, sonda hər şey sizin üçün yaxşı olacaq.

Oxşar xəbərlər


Bütün xəbərlər

“Ordu”dan “Lənkəran” üzərində qələbə - ABL
Azərbaycan millisi Şimali İrlandiyaya da məğlub oldu
AFFA bu oyunları təxirə saldı
Aqil Nəbiyev: “Hədəfimiz Malta ilə oyunda mütləq qələbə qazanmaqdır”a - AÇIQLAMA
28 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
Azərbaycanlı taekvondoçudan Türkiyədə qızıl medal
Azərbaycan, yoxsa Şimali İrlandiya?
Azərbaycanlı hakimlər Avropa Kubokunun oyununa təyinat alıblar
"Real"ın zədəlisi geri döndü
Azərbaycan millisinin Sent Lüsiya üzərində qələbəsi - VİDEO
Ayxan Abbasov: “Kimin daxilində nə var, elə fikirləşir”
Azərbaycan millisindən böyükhesablı qələbə
Rəşad Eyyubov: “Uduzmuşuqsa, deməli, pis oynamışıq”
Azərbaycan millisinin oyununun vaxtında DƏYİŞİKLİK
Portuqaliya yığması millimizi darmadağın etdi
27 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycanlı güləşçiyə 4 illik cəza verildi
Azərbaycan millisi Sent Lüsiyaya qarşı
Azərbaycanın U-21 millisi Portuqaliya ilə qarşılaşır