"Mançester Yunayted"in sabiq üzvünün yeni klubu » Pressing.Az
"Mançester Yunayted"in sabiq üzvünün yeni klubu
Dünya Futbolu 20-08-2025, 09:30

"Mançester Yunayted"in sabiq futbolçusu Erik Bayinin yeni klubu müəyyənləşib.

Pressing.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü İspaniyanın "Ovyedo" klubuna azad agent kimi keçib.

La Liqa təmsilçisinin rəsmi saytının məlumatına görə, futbolçunun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.