Sabiq "Arsenal"lı Braziliya klubunda
Dünya Futbolu
9-08-2025, 15:30

"Arsenal" və "Yuventus"un sabiq futbolçusu Netonun yeni klubu məlum olub.
Pressing.az xəbər verir ki, 36 yaşlı qapıçı "Botafoqo"ya keçib.
Braziliyalı ilə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qapıçı "Bornmut"dan ayrıldıqdan sonra azad agent olduğu üçün klubu pulsuz keçib.
Ötən mövsüm Neto cəmi 4 oyun keçirib və o, 4 qol buraxıb.
