"Qalatasaray" Musleranı onunla əvəzləyir » Pressing.Az
"Qalatasaray" Musleranı onunla əvəzləyir
Transferlər / Dünya Futbolu 19-02-2024, 09:30

"Qalatasaray" klubunun əsas qapıçısı Fernando Muslera yeni mövsümə bu komandada başlamayacaq. Buna görə də İstanbul klubu artıq yeni qolkiper axtarışına çıxıb.

Pressing.az
xəbər verir ki, "cim-bom" "Fənərbağça"nın sabiq qapıçısı Altay Bayındırla anlaşıb.

25 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.