Məşhur futbolçunun yeni iş yeri » Pressing.Az
Məşhur futbolçunun yeni iş yeri
Transferlər / Dünya Futbolu 29-07-2024, 12:04

“Mançester Yunayted”in və “Real”ın sabiq müdafiəçisi Rafael Varan “Komo”ya transfer olunub.

Pressing.az xəbər verir ki, 31 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.

Fransalı müdafiəçinin 2021-ci ildən çıxış etdiyi “Mançester Yunayted”lə müqaviləsi iyunun 30-da başa çatmışdı. Ötən mövsüm Varan bütün turnirlərdə 32 matçda iştirak edib və 1 qol vurub.