"Mançester Yunayted"in yeni baş məşqçisi məlum oldu
"Mançester Yunayted" klubunun yeni baş məşqçisi bəlli olub.
Pressing.az xəbər verir ki, İngiltərə təmsilçisinin yeni baş məşqçisi "Sportinq"dən Ruben Amorim olacaq. "Mançester Yunayted" buna görə Portuqaliya klubuna 10 milyon avro ödəyəcək. 39 yaşlı mütəxəssisin Mançester klubuna razılıq verdiyi bildirilir.
Qeyd edək ki, Ruben Amorim 2020-ci ildən "Sportinq"i çalışdırır. O, komandası ilə 2 dəfə Portuqaliya çempionluğunu, 2 dəfə ölkə kuboku və 1 dəfə ölkə Superkubokunu qazanıb.