Valdas Dambrauskas: "İnanıram ki, qələbə qazanacağıq"
UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək "Sabah" - "Slaviya"(Praqa) oyunundan öncə təmsilçimizin baş məşqçisi Valdas Dambrauskasın iştirakıyla mətbuat konfransı baş tutub.
Pressing.az xəbər verir ki, litvalı mütəxəssis qarşılaşma haqda bunları deyib:
"İnanıram ki, bu səviyyədə meydana çıxanda əlimizdən gələni etməyə çalışırıq. Məndən yaxşı nəticə gözlənilməsini başa düşürəm. “Slaviya” da qələbə qazanmağa çalışacaq. Həqiqətən, yaxşı komandadır. Onlar heç vaxt yorulmurlar. Fiziki cəhətdən çox yaxşıdılar. Baş məşqçiləri uzun müddətdir komandaya rəhbərlik edir. Çox pressinq edən komandadır. Bu baxımdan konsentrasiyanı itirməməyə çalışmalıyıq. Mən öz komandama inanıram. Əsas məsələ, heç vaxt diqqətimizi yayındırmamalıyıq. İnanıram ki, qələbə qazanacağıq".