Fərid Namazovdan məğlubiyyət şərhi
"İmişli" klubu Misli Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.
Pressing.az xəbər verir ki, "İmişli"nin baş məşqçisi Fərid Namazov matçdan sonra oyun barədə fikirlərini bölüşüb:
“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Matçın gərgin keçəcəyini bilirdik. “Qarabağ” bu mövsüm avrokubokların əsas mərhələsində iştirak etmədiyi üçün bütün oyunlara tam heyətlə çıxır. Əvvəllər avrokuboklarda oynayanda həftəiçi matçlarda rotasiyalara gedirdilər. Biz də buna uyğun hazırlaşmışdıq. Hansı futbolçuların oynayacağı ilə bağlı təxminlərimiz var idi. Birinci hissədə daha yaxşı müdafiə olunmaq və əks-hücumlarda rəqibi yaxalamaq istəyirdik. Bir neçə qol imkanımız da oldu. Topa daha çox sahib olaraq özümüzü inamlı hiss etməyə çalışırdıq. İkinci hissə “Qarabağ”ın üstünlüyü ilə keçdi. Rəqibə boş zonalar verməməyə çalışırdıq, amma ani diqqətsizlikdən qol buraxdıq. Bundan sonra da qol imkanlarımız oldu".