Amin Seydiyevin 200-cü oyunu
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib.
Pressing.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, “Zirə”nin futbolçusunun yubileyi “Şamaxı” ilə matça (1:1) təsadüf edib.
27 yaşlı müdafiəçi Misli Premyer Liqasının 7-ci turunun oyununa start heyətində çıxıb.
Debütü 2018/19 mövsümündə gerçəkləşən Amin Seydiyev 200 qarşılaşmada 6 qol vurub. O, bu müddətdə üç klubun formasını geyinib. Müdafiəçi “Qəbələ”də 31 (1 qol), “Sabah”da 162 (5 qol) və “Zirə”də 6 dəfə şans qazanıb.