Zaur Həşimov: "Öz diqqətsizliyimizdən qol buraxdıq"
"Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 7-ci turunda “Turan Tovuz”a 0:1 hesablı məğlubiyyəti şərh edib.
Pressing.az xəbər verir ki, mütəxəssis matç haqda fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablayıb:
"Əslində, oyun haqqında uzun danışmağa ehtiyac yoxdur. Meydandakı istək və fiziki hazırlıq baxımdan rəqibdən geri qalmadıq. Sadəcə, ustalıq səviyyəmiz iddialı komandalardan xal almaq üçün hələ kifayət etmir. Bu amil də bugünkü qarşılaşmanın nəticəsinə ciddi təsir göstərdi. Təəssüf ki, qolu öz diqqətsizliyimizdən buraxdıq. Meydanın mərkəzində topu itirdik və rəqib dərhal bundan yararlandı.