Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

Cavid Hüseynov: "Hər zaman özümü yaxşı klublarda görmək istəyirəm" - MÜSAHİBƏ

"Oyunun ağır keçəcəyini əvvəlcədən bilirdik. Ümumiyyətlə, bizim üçün hər oyun ağırdır. Bugünkü gündə yaxşı formada olan komandalardan biridir. Sürətli futbolçuları var, əks hücumlara yaxşı çıxırlar və fərqlənə biləcək ustalıq səviyyəsi yüksək olan legioner futbolçuları var. Bizim üçün əsas o idi ki qapını toxunulmaz saxlayaq. Amma hesab 1:1 olsa da, futbolçular əllərindən gələn ən yaxşısını etdilər və bugünkü oyun çox xoşuma gəldi. 3 real qol imkanını qaçırdıq. Biz belə şansları çox qaçırırıq. Dönüb arxaya baxanda, görürük ki, nə qədər belə qol imkanını qaçırmışıq. Qələbə qazanılmalı oyunda məğlub olmuş və ya heç heçə etmişik. Bu da sırf ustalıq səviyyəsindən, təcrübəsizlikdən irəli gəlir. Ümumiyyətlə, oyundan çox razı qaldım. Düşünürəm ki, futbolu anlayanlar, bilənlər "Şamaxı"da olan inkişafı görür".

Bu sözləri Pressing.az-a müsahibəsində "Şamaxı"nın baş məşqçisi Cavid Hüseynov deyib. Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının 31-ci turunda doğma divarlar arasında "Kəpəz"lə heç-heçə etdikləri oyundan (1:1) sonra əməkdaşımızın suallarını cavablandırıb.

- Amil Yunanov və Kamran Quliyevi ikinci hissədə meydana buraxdınız. Bu, nə ilə bağlı idi?

- Biz məşqçilər korpusu olaraq hər şeyi düşünməliyik. Oyunu 2 hissəyə bölmüşdük. Oyundan qabaq da çox düşündüm. Və məşqçilər korpusu ilə belə bir qərarım oldu ki, ikinci hissədə Elvin Məmmədov, Amil Yunanov və Kamran Quliyevi meydana birdən buraxaq. Elə bir situasiya yarandı ki, Elvini onlardan biraz tez buraxmalı oldum. Qələbə qazanmaq istəyirdik. Buna görə də taktiki olaraq ikinci hissə 2 hücumçuya keçib güclənməli idik. Düşündüyümüzü meydanda etdik. Bunun nə qədər doğru olub olmadığını oyuna baxanda biləcəyik.

- "Turan Tovuz" və "Səbail" kubokun finalına çıxsa, Konfrans Liqasına getmək üçün 4-cü yer uğrunda mübarizə formal xarakter daşıyacaq. Nəzərə alsaq ki, sizin də qarşıda "Zirə" və və "Qəbələ" ilə oyunlarınız var. İstəyərdinizmi, finala "Turan Tovuz" və "Səbail" çıxsınlar?

- Əslində, mən heç oranı düşünməmişəm. İstənilən halda biz məşqçilər olaraq elə şeylərlə yaşamamalıyıq. O cür özümüzə şans tanısaq bu haradasa bizdə boşalma hissi yarada bilər. Bütün oyunlar bizim üçün finala bərabər oyundur və bütün oyunlardan 3 xal qazanmaq istəyirik. Ustalıq səviyyəsinə, təcrübəsizliyə görə qələbə qazana bilmiriksə o da zamanın öhdəsinə buraxılan işdir. Biz əlimizdən gələni hər bir şeyi edirik.

- Son zamanlar yerli mətbuatda adınız "Qəbələ" ilə hallanır...

- Açığı bilmirəm haradan hallanır, necə hallanır. Bütün fikirimi Şamaxıya ayırmışam. Rəhbərliklə də söhbətlərimiz olur, futbolçulara da çox bağlanmışıq, öyrəşmişik. Hələ burada görüləsi bir xeyli işimiz var. Əlbəttə, gələcək karyeram haqqında hər zaman düşünürəm. Həmişə hər şeyin maksimumnu istəyən idmançı olmuşam. Və məşqçi kimi də özümü gələcəkdə yaxşı komandalarda görmək istəyərəm. Bunun üçün hələ zamanımız var. İşimiz həddindən artıq çoxdur. Biz burada çox yaxşı təcrübə qazandıq.

- Bəs, "Qəbələ"yə gedişiniz gerkəçləşsə, Vüqar Əsgərlini də yanınızda görmək istərdiniz?

- "Qəbələ" komandası mənə çox doğmadır. Həddindən artıq doğma və əzizdir. Futbolçu kimi ən yaxşı vaxtlarımı orada keçirmişəm. İndiki halda Elmar Baxşıyev həqiqətən də yaxşı işlər görür və "Qəbələ"ni layiqli şəkildə təmsil edir. İnanmıram ki, "Qəbələ" komandasında elə bir şey ehtiyac olsun.

- Yeri gəlmişkən, Elmar Baxşıyevin də "Neftçi"yə keçəcəyi deyilir...

- Gələcək haqqında danışmağı sevməyən bir insanam. Məşqçi işi, futbolçu işi elədir ki, bu gün bu komanda, sabah digərində ola bilər. Amma indiki halda bu, günün mövzusu deyil.

Elsevər Muradzadə, Bakı-Şamaxı

Oxşar xəbərlər


Bütün xəbərlər

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar