Valdas Dambrauskas: "Bu qələbə tarixi nailiyyətdir"
“İlk növbədə komandamızı, azarkeşlərimizi, rəhbərliyi və bütün Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Düşünürəm ki, bu, tarixi nailiyyətdir".
Pressing.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "KuPS"la Finlandiyada keçirilən cavab matçından sonra mətbuat konfransında deyib.
"Sabah" 2:0 hesablı qələbə qazanaraq 3-cü mərhələyə yüksəlib. Dambrauskas qələbəni belə şərh edib:
"Belə bir nəticəni əldə etdiyimiz üçün həqiqətən qürur duyuram. Şadam ki, mərhələni keçən tərəf biz olduq. “KuPS”a Finlandiya çempionatında və Avropa Liqasının növbəti mərhələsində uğurlar arzulayıram. Çox çətin bir oyunu geridə qoyduq. “KuPS”un azarkeşləri öz komandaları ilə fəxr edə bilərlər. İlk matçdakı 1:0 hesablı qələbəmizdən sonra rəqib panikaya düşmədi və oyuna yaxşı hazırlaşmışdı. Birinci hissədə bizdən daha yaxşı oynadıqlarını demək olar.
Xoşbəxtlikdən, qol buraxmadıq. Fasilədə müəyyən dəyişikliklər etdik və nə etməli olduğumuz barədə danışdıq. Futbolçularımın bu gün deyilənlərə diqqətlə qulaq asmasından və tapşırıqları yerinə yetirməsindən çox razıyam. Bəlkə də başqa bir gündə daha çox qol vura bilərdik.
İndi isə yolumuza davam edirik. Bu gecə birbaşa Azərbaycana uçuruq və gələn həftə keçiriləcək növbəti oyuna dərhal hazırlaşmalıyıq. Çempionlar Liqası çox tələbkar turnirdir. Heç kimi gözləmir və futbolçulardan çox böyük enerji tələb edir".