Xəbər lentiwidget-title-icon

Azərbaycan millisinin AVRO-2029-un ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycan millisinin rəqibləri məlumdur
Mövsümə yekun vurulub - ABL
Mariya Stadnikdən 250 güləşçi üçün “ustad dərsi”
Rəşad Eyyubov: “Heç-heçə ədalətli nəticədir” - AÇIQLAMA
Türkiyə millisi 24 ildən sonra dünya çempionatında!
UML: Lüksemburq və Latviya C Liqasında qaldılar
Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi
"Qarabağ"lı oynadı, komandası uduzdu
"Tottenhem"i "bataqlıq"dan o çıxaracaq?
Azərbaycan millisi Türkiyə seçməsi ilə birgə
Azərbaycan çempionatına yekun vurulub
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlanıb
Aydın bayramov: “D Liqasını bizim milliyə yaraşdırmıram" – AÇIQLAMA
Gəncədə keçiriləcək Avropa kubokunda 11 ölkə təmsil ediləcək
31 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
DÇ-2026: “Pley-off”da final günü
Azərbaycanın U-21 yığması Bolqarıstana qarşı
"Barselona"dan Flik qərarı
“Neftçi”dən növbəti qələbə - ABL
Umarali Rahmonaliyevin komandası penaltilərlə sevindi
Azərbaycan millisinin qələbəsi - VİDEO
Küçə meydançalarından dünya səhnəsinə – "Red Bull Four2Score" dünyanı fəth edir
Ayxan Abbasov: "Amma bu oyun bizə siqnallar verdi"
“Bu, yeni yolun başlanğıcıdır” - Cahangir Fərəcullayev

Samir Abasov: “Müdafiəmiz fərdi olaraq çox bərbaddır”

"Neftçi" klubunun baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/2 finalının ilk oyunlarında "Sabah"a 1:2 hesabı ilə uduzduqları ev oyununu şərh edib.

Pressing.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, uduzmalarına baxmayaraq, cavab matçı üçün yüz faiz inamları var: “Bu gün olan heç bir hesab cütün taleyinu həll etmirdi. Futbolçuların fikrimizi yerinə yetirib-yetirməməkləri ayrı məsələdir. Amma növbəti matça da qələbə üçün çıxacağıq. Yeganə çıxış yolumuz artıq qalibiyyətdir. İnamım var. Oyunçularda da bəzi şeyləri dəyişməliyik. Heç olmasa bu görüş üçün bəzi epizodları yaxşılaşdırmalıyıq. Bəzi şeyləri içimizdən çıxarmalıyıq. Təktəbək mübarizələrdə rəqibə bu gün çox uduzduq. Fikirləşirəm ki, bunları etsək, qalibiyyət üçün gedəcəyik”.

– Hesab etmirsiniz ki, əlinizdə olan heyət kubokun finalına çıxmaq üçün yetərli deyil?

– Bu artıq, doğrudan da, başqa mövzudur. Bu gün mən onu desəm, bu haqda danışıb incələməyə başlasam, artıq mövzu şişəcək və başqa bir şey olacaq. Hələ 8 tur və kubok oyunu var. Ona görə də heyəti incələmək yersiz olar. Amma bizim özümüz üçün müəyyən etdiyimiz və "Neftçi" komandası üçün gördüyümüz problemlər var. Açığı, düşünmürəm ki, çempionatın sonuna kimi bu problemlər həll oluna bilsin. Amma dediyim kimi, bu gün heyətimizdəki oyunçulardan danışsam, mövzu şişəcək. Ona görə də bu haqda danışmaq istəmirəm. Ən azından çempionatın sonunu gözləyək.

– Rusiyalı həmkarınız Vasili Berezutski mətbuat konfransını yarımçıq tərk edərək "bu gün biz 11 nəfərə və 3 qarşı oynadıq" dedi. Sizcə, bu, nə dərəcə məntiqəuyğun fikirdir?

– Mən əvvəlcə onların etirazlarını görürdüm. Bunu görməmək mümkün deyildi. Açığı, hansı epizodlara və nəyə görə etiraz edirdilər, deyə bilmərəm. Həmkarımın danışığına da fikir bildirmək istəmirəm. O da emosional insandır. Bu dəqiqə mənim üçün həmkarım haqda danışmağım yersizdir. Siz məndən yaxşı bilirsiniz.

– Oyundan narazı qaldınız, ya keyfiyyətdən?

– Oyundan narazı qalmadım. Birinci hissədə bəzi elementlər var idi ki, yaxşı da edirdik. Epizodlar da yaradırdıq. Yuri Matiasın və Ağadadaş Salyanskinin epizodları var idi. Bunları edirdik və bəzi şeyləri də alındırmağa çalışırdıq. Sadəcə elə məqamlar var ki, bunu dəyişə bilmirəm desəm, yaxşı qəbul olunmayacaq. Keyfiyyətdən danışsaq gərək bu gün incələyək, kimi və nəyi nəzərdə tuturuq. Gəlin, bu haqda hələ ki, danışmayım. Ən azı çempionatın sonuna qədər oyunlarımız var. Amma biz analizin nəticələrini özümüz müəyyən edirik və boşluqların harada olmasını, nədən irəli gəlməsini bilirik. Təkcə məşqdə və oyunda etdiklərimiz analizin əsasında demirik. Bəzi şirkətlər var ki, onlarla çalışırıq. Onların statistik nəticələrini çıxarıb görürük ki, bizim qeyd etdiyimizlə üst-üstə gəlir. Uzağa getməyək, bu gün bizim müdafiəmiz fərdi olaraq bərbad gündədir. Çox bərbaddır. Bizə qarşı təkbətək qurulan hücum rəqibin xeyrinə bitəcək. Bunu bir-birini sığortalamaqla aradan qaldıra bilərsən. Amma bu halda da əgər rəqib say baxımından üstünlük yaradırsa, bu, artıq böyük problemlərə gətirib çıxarır. Bunu çoxlu epizodlar yaradıb qol vurmaqla düzəltmək olar. Yəni ən azından riskləri gözə alıb qolları çox vurursan. Amma əfsuslar olsun ki, epizod yaratdığımız oyunlarda belə bunu bacarmırıq. Ötən oyun "Araz-Naxçıvan"a qarşı dörd epizod yaradıb sıfır qolla çıxırıqsa problemdir. İnşallah, qarşıda gələn oyunlara baxacağıq.

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycan millisinin AVRO-2029-un ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycan millisinin rəqibləri məlumdur
Mövsümə yekun vurulub - ABL
Mariya Stadnikdən 250 güləşçi üçün “ustad dərsi”
Rəşad Eyyubov: “Heç-heçə ədalətli nəticədir” - AÇIQLAMA
Türkiyə millisi 24 ildən sonra dünya çempionatında!
UML: Lüksemburq və Latviya C Liqasında qaldılar
Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi
"Qarabağ"lı oynadı, komandası uduzdu
"Tottenhem"i "bataqlıq"dan o çıxaracaq?
Azərbaycan millisi Türkiyə seçməsi ilə birgə
Azərbaycan çempionatına yekun vurulub
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlanıb
Aydın bayramov: “D Liqasını bizim milliyə yaraşdırmıram" – AÇIQLAMA
Gəncədə keçiriləcək Avropa kubokunda 11 ölkə təmsil ediləcək
31 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
DÇ-2026: “Pley-off”da final günü
Azərbaycanın U-21 yığması Bolqarıstana qarşı
"Barselona"dan Flik qərarı
“Neftçi”dən növbəti qələbə - ABL