Xəbər lentiwidget-title-icon

U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb
"Turan Tovuz" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - AÇIQLAMA
"Araz-Naxçıvan"da iki yeni futbolçu
"Səbail" üçün başqa rəqib
"Sea Breeze"də yarışacaq basketbol komandalarının adları məlum olub
Təsnifat mərhələsində ən çox qələbəni qazanan "Sabah"dır
ABŞ-li oyunçu "Sabah"da - RƏSMİ
Gürcüstanlı futbolçu İspaniya klubunda - RƏSMİ
“Qarabağ” – “Tvente” oyununun hakimləri açıqlanıb
14 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
Azərbaycan millisinin basketbolçusu “Neftçi”də
"Fənərbağça"da ayrılıq
MPL start götürür: "Turan Tovuz" "Qəbələ"yə qarşı
Azərbaycan paracüdoçuları üçün Almaniya sınağı
"Dinamo"nun futbolçusu: "Məğlubiyyətə layiq olduğumuzu düşünmürəm" – AÇIQLAMA
Azərbaycanda ilk dəfə çimərlik güləşi dünya çempionatı keçiriləcək
İspaniyada bu oyun təxirə salınıb
Mahir Emrelinin komandası növbəti mərhələdə
Musa Qurbanlı: "Tvente"yə qalib gəlib əsas mərhələyə vəsiqə qazanmaq istəyirik" – AÇIQLAMA
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşib
Qurban Qurbanov: "İki Azərbaycan komandası olsa, daha maraqlı olar"
"Qarabağ" Konfrans Liqasının pley-offunda
Ronaldo "Sumqayıt"da qaldı

"Neftçi" 88 yaşında

Bu gün “Neftçi” Peşəkar Futbol Klubunun yaranmasından 88 il ötür.

Pressing.az xəbər verir ki, 1922-ci ildən SSRİ birincilikləri şəhərlərin yığma komandalarının iştirakıyla keçirilirdi. 1937-ci ildən isə qərara alındı ki, çempionat klub komandalarının iştirakıyla təşkil edilsin. Həmin vaxt Azərbaycan SSR-də bir neçə sahənin təmsilçisi olsa da, neft sahəsi sanki unudulmuşdu, halbuki həmin dövrdə Bakı artıq neft şəhəri kimi şöhrət qazanmışdı. Buna görə də, “qara qızıl” sahəsində çalışanlar tezliklə 18 mart 1937-ci ildə futbol komandası yaratdılar. Ad üzərində də çox fikirləşmək lazım gəlmədi. Elə öz adlarını da komandaya verdilər, amma həmin dövrdə rus dili daha işlək olduğundan, komanda əvvəlcə “Neftyannik” adlandırıldı. Komandanın geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanlar əks olundu. Emblemdə neft buruğunun fonunda kiril əlifbasının “H” hərfi — “Neftyannik” sözünün birinci hərfi idi. Təbii ki, “qara qızıl”ın da rəngi formanın əsasını təşkil etdi. Həmin dövrdə neftlə bərabər “ağ qızıl” adlandırılan pambıq da Azərbaycan SSR-in şöhrətlənməsində neftdən az rol oynamadığından, qərara alındı ki, pambığın rəngi də formada əks olunsun. O vaxtdan Azərbaycan futbolunun tarixinə çevrilən “Neftçi” ağ-qara rənglərə sadiq qaldı.

“Neftçi” ilk rəsmi matçını 24 may 1937-ci ildə keçirib. Bu, həmçinin komandanın debüt oyunu idi. SSRİ kubokunun 1/64 finalında o zaman “Neftyannik” adlanan komanda Bakının “Dinamo” stadionunda 5 min azarkeşin izlədiyi matçda İrəvan “Dinamo”sunu 1:0 hesabı ilə məğlub edib. Pavel Ştirlinin 87-ci dəqiqə vurduğu qol “Neftçi”nin tarixində ilk olub.

Sovet dövründə Azərbaycan futbolunun tarixi demək olar ki, “Neftçi” ilə bağlı olub. Komanda 1966-cı ildə SSRİ çempionatında bürünc medal qazanıb.

Müstəqillik dövründə “Neftçi” 9 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan kubokuna və 2 dəfə Azərbaycan superkubokuna sahib çıxıb. Komanda beynəlxalq miqyasda bir dəfə “Birlik Kuboku”nu qazanıb. Bu, Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubokdur.

2012-ci ildə “Neftçi” UEFA Avropa Liqasının pley-off mərhələsində Kipr APOEL-ini iki oyunun nəticəsinə görə 4:2 hesabıyla məğlub edərək, yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olub.

Oxşar xəbərlər

Bütün xəbərlər