Xəbər lentiwidget-title-icon

Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb
Rieranın yeni iş yeri
"Turan Tovuz" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - AÇIQLAMA
"Araz-Naxçıvan"da iki yeni futbolçu
"Səbail" üçün başqa rəqib
"Sea Breeze"də yarışacaq basketbol komandalarının adları məlum olub
Təsnifat mərhələsində ən çox qələbəni qazanan "Sabah"dır
ABŞ-li oyunçu "Sabah"da - RƏSMİ
Gürcüstanlı futbolçu İspaniya klubunda - RƏSMİ
“Qarabağ” – “Tvente” oyununun hakimləri açıqlanıb
14 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
Azərbaycan millisinin basketbolçusu “Neftçi”də
"Fənərbağça"da ayrılıq
MPL start götürür: "Turan Tovuz" "Qəbələ"yə qarşı
Azərbaycan paracüdoçuları üçün Almaniya sınağı
"Dinamo"nun futbolçusu: "Məğlubiyyətə layiq olduğumuzu düşünmürəm" – AÇIQLAMA
Azərbaycanda ilk dəfə çimərlik güləşi dünya çempionatı keçiriləcək
İspaniyada bu oyun təxirə salınıb
Mahir Emrelinin komandası növbəti mərhələdə

Krunoslav Renduliç: "Səhvər olmasa, hər oyun 0:0 bitəcək"

"Sabah" klubu Azərbaycan Premyer Liqasının 2-ci turunda doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə məğlub olub.

Pressing.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik etmək istəyirəm. Onlar bu gün qalibiyyətə layiq idilər. Oyunçularıma da nəsə deyə bilmərəm. Onların bu gün yanaşması çox yaxşı idi. Ancaq əfsuslar olsun ki, bundan heç nə əldə edə bilmədik.

- Oyunla bağlı planınız nə idi və həmin planda nə düzgün işləmədi?

- "Zirə" çətin komandadır. Bunu uşaqlara demişdim. Keçənilki matça bənzədi. Oyuna nəzarət bizdə idi. Sadəcə penalti hər şeyi dəyişdi və biz uduzduq.

- Amin Seydiyevin performansı haqda nə düşünürsüz?Avrokuboklardada səhvlər edir. Ona istirahət verməyi düşünürsüz?

- Hansı səhvləri?

- Mövqe səhvləri...

- Futbol pley-steyşn deyil. Futbolçular oynayır və səhv edirlər. Səhvər olmasa, hər oyun 0:0 bitəcək. Demirəm mükəmməl idi. Mən oyunçum səhv etsə də, birbaşa onu dəyişmək istəmirəm. Ona daha çox dəstək olmaq istəyirəm. Altı oyunçumuz səhv edir. Onları dərhal dəyişmək lazımdır? Amma razıyam ki, bəzən futbolçulara istirahət vermək lazım gəlir.

- "Makkabi" ilə görüşdən sonra demişdiz ki, bir faiz şansımız var idi və mərhələni keçdik. Amma həmin matçdan sonra "Sabah" bugünkü oyuna qədər qollar buraxır, uduzur. Komandada xaos olduğu görünür. Səbəb nədir? Son üç oyunda niyə uğursuzluq var? Bəlkə "Makkabi"ni keçdiyiniz üçün futbolçularda eyforiya yaranıb?

- İşlər pis gedəndə pis xəbərlər çıxarmaq istəyirlər. Ötən mövsümü biz üçüncü yerdə bitirərkən heç kim demirdi ki, mükəmməl oynadılar. Əsasən də jurnalistlər. Demək olar ki, keçənilki və indiki oyunçular eynidir. Uduzarkən demirdim ki, bərbad oynayırıq. Bəzən yaxşı vəziyyətdə olursan, bəzən pis. Ola bilər ki, bəzi problemlərimiz var. Amma bunu üzə çıxarmağı sevmirəm. "Sent-Patriks"ə qarşı 45 dəqiqə 10 nəfərlə oynadıq, 0:1 uduzduq. Lakin heç nə itirilməyib. Cavab oyununda ən böyük problem İvanın olmamasıdır. Bu gün futbolçularım savaşdılar, döyüşdülər. Onların yanaşmasına görə heç nə deyə bilmərəm.

- "Sabah"ın sabahını necə görürsüz?

- Klub gəncdir. Hər il bu klub inkişaf edir. Yeddi il içərisində demirəm mükəmməl nəticələr əldə etmişik. Amma yaxşı nəticələr də var. Avropada "Sabah" çox da məhşur klub deyil. İki ildir avrokuboklara düşürük. Eyni şey Xorvatiyada da var. "Dinamo" ölkəmi təmsil edir, bilirəm nə danışıram. Uzun illər Avropada oynamadılar. 20 il lazım gəldi. Uzun prosesdir. "Neftçi" indi nə deyə bilər? Orada atmosfer necədir? Klubu bağlasınlar ki, Avropaya düşmürlər? Biz iki il içərisində gördüyümüz işlərlə fəxr etməliyik.

- Suallar veriləndə aqressiv olursuz. Niyə belədir?

- Sosial mediada hesabım yoxdur. Nə baş verirsə, mətbaut konfranslarında öyrənirəm. Üzr istəyirəm.

- İrlandiyadakı məğlubiyyətdən sonra düşüncəniz sırf o qarşılaşmada idi, yoxsa "Zirə" görüşünə fokuslanmışdı? Bu məğlubiyyətdən sonra oyunçuları "Sent-Patriks"lə matça hazırlamaq çətin olmayacaq?

- Həmişə növbəti oyuna köklənirəm. Yaxşı bir şey deyil ki, növbəti oyunu buraxıb, digərini fikirləşəsən. Qalib gəlmək istəyirdik. Amma təəssüf ki, olmadı. İmkan verməyəcəm ki, əhvalımız düşsün. Oyundan sonra uşaqlara dedim ki, bu matçı unuduruq. Qarşımızda 34 oyun var. Avrokuboklarda da oynayırıq.

- Sizcə, "Sabah"dan reallıqdan uzaq çox şey gözləyirik?

- Bizim gələcəklə bağlı məqsədlərimiz ola bilər. Biz də qrupda oynamaq istəyirik. Amma 3-4 il bundan qabaq çempionatı 8-ci pillədə bitirmişik. Klub hər il inkişaf etməlidir. Biz də realist olmalıyıq, addım-addım inkişaf etməliyik. Bunu edəcəyik. Gələn il, 5 il sonra... Bu hədəflərə çatmaq istəyirik.

- "Sent-Patriks" və "Neftçi" ilə görüşlərdə alınacaq uğursuz nəticələr sizin klubdakı taleyinizə təsir edə bilər? Yoxsa, "Makkabi"ni keçməyiniz sizin üçün sığortadır?

- Bu şeylər haqda düşünmürəm. Nə baş verəcəksə, verəcək. 10 gündən sonra nə baş verəcək, düşünmürəm. Kim nə deyir, nə olacaq, bunu düşünsəm, iki günə dəli olaram. İndi "Sent-Patriks"lə görüşə köklənəcəyik. Addım-addım düşünürük.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb
Rieranın yeni iş yeri
"Turan Tovuz" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - AÇIQLAMA
"Araz-Naxçıvan"da iki yeni futbolçu
"Səbail" üçün başqa rəqib
"Sea Breeze"də yarışacaq basketbol komandalarının adları məlum olub
Təsnifat mərhələsində ən çox qələbəni qazanan "Sabah"dır
ABŞ-li oyunçu "Sabah"da - RƏSMİ
Gürcüstanlı futbolçu İspaniya klubunda - RƏSMİ
“Qarabağ” – “Tvente” oyununun hakimləri açıqlanıb
14 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
Azərbaycan millisinin basketbolçusu “Neftçi”də
"Fənərbağça"da ayrılıq
MPL start götürür: "Turan Tovuz" "Qəbələ"yə qarşı