"Qəbələ"də yeni təyinat » Pressing.Az
"Qəbələ"də yeni təyinat
Azərbaycan Futbolu 23-09-2023, 14:22

“Qəbələ” İdman Klubunda yeni təyinat reallaşıb.

Pressing.az
xəbər verir ki, Asəf Zeynallı klubun Media və Marketinq Departamentinin yeni rəhbəri təyin olunub.

O, bunadək “CBC Sport” telekanalında Xəbərlər Departamentinin redaktoru vəzifəsində çalışıb. Həmçinin, müxtəlif daxili və beynəlxalq idman yarışlarını şərh edib.

A.Zeynallı əvvəllər müxtəlif mətbuat orqanlarında idman müxbiri kimi fəaliyyət göstərib.