"Qəbələ" rəhbərliyində ayrılıq » Pressing.Az
"Qəbələ" rəhbərliyində ayrılıq – RƏSMİ
Azərbaycan Futbolu 30-01-2024, 13:22

"Qəbələ" İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.

Pressing.az
xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Rəsmi məlumatda onun öz istəyi ilə klubdan getdiyi bildirilib.

2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən klubda çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.