"Qəbələ"də daha bir ayrılıq » Pressing.Az
"Qəbələ"də daha bir ayrılıq
Azərbaycan Futbolu 30-08-2024, 13:13

“Qəbələ” klubu futbolçusu Zurab Oçiqava ilə yollarını ayırıb.

Pressing.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-ci ilin iyulundan "Qəbələ"də çıxış edən Zurab “qırmızı-qara” formada 24 matç keçirib. Ukraynalı futbolçu Premyer Liqada 21, Azərbaycan kubokunda 3 oyunda iştirak edib.