Şuaybu "Qəbələ"yə lazım olmadı » Pressing.Az
Şuaybu "Qəbələ"yə lazım olmadı
Azərbaycan Futbolu Dünən, 10:02

“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb.

Pressing.az
xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Qeyd edək ki, 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Abdullahi “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.