"Qəbələ"dən növbəti qələbə » Pressing.Az
"Qəbələ"dən növbəti qələbə
Azərbaycan Futbolu / Yoldaşlıq Oyunları 22-11-2024, 09:38

“Qəbələ” klubu növbəti yoxlama oyununu keçirib.

Pressing.az xəbər verir ki, “qırmızı-qaralar” “Zaqatala” ilə üz-üzə gəlib.

Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub. Kaxaber Sxadadzenin yetirmələri bu görüşdə 3:1 hesabı ilə qalib gəliblər. Dörd qolun vurulduğu matçda “Qəbələ”nin heyətində Abdullahi Şuaybu, Nicat Əliyev və Elşad Tağıyev fərqləniblər.