Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat
Digər növlər / Taekvando
11-08-2025, 16:24

Azərbaycan Taekvondo Federasiyasında (ATF) yeni təyinat olub.
ATF-dən Pressing.az-a verilən məlumata görə, Aygül Abdullayeva qurumun baş katibi vəzifəsinə təyin edilib.
O, bundan əvvəl ATF-də Hakimlər Komitəsinin sədr müavini vəzifəsində çalışıb.
