Xəbər lentiwidget-title-icon

19 may: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in oyunçusu bu mövsüm debüt edən ən gənc futbolçudur
“Araz-Naxçıvan”ın əvəzedicilərindən minimalhesablı qələbə
Avropadan gələn pullar, zəif rotasiya və itən çempionluq
Birinci Liqada mükafatlandırma mərasimi keçiriləcək
“Şamaxı”nın futbolçusu əməliyyat edilib
"Barselona"dan növbəti rekord
İkinci Liqanın çempionu - "Xankəndi"
MPL: Mövsümün son turunun oyun cədvəli açıqlandı
Region Liqasının qalibi bəlli oldu!
“Qarabağ” yeni transferi rəsmən elan edib
Xorvatiya millisinin DÇ-2026 üçün heyəti - SİYAHI
"Beşiktaş"da Sergen Yalçın dövrü bitdi
Fərid Xəlilova vəzifə verildi
Xatirə turnirinə yekun vurulub
Nəriman Axundzadənin komandasında istefa
WUF13 ərəfəsində inklüziv antidopinq yanaşmalarına dair beynəlxalq konfrans keçirilib
"Sumqayıt"ın futbolçusu üçün əlamətdar oyun
"Ayntraxt"da gecikmiş istefa - RƏSMİ
Zamiq Əliyevin komandasından darmadağın
İtaliyalı baş məşqçi Ukrayna millisində
İkinci Liqada çempion müəyyənləşir
Ehtiram Şahverdiyev - 200
Azərbaycan millisi Avropa birincisi olub
İbrahim Həsənov Avropa çempionu oldu

Avropadan gələn pullar, zəif rotasiya və itən çempionluq

Son illərdə Azərbaycan futbolunda elə bir reallıq formalaşmışdı ki, "çempionluq" deyəndə avtomatik olaraq "Qarabağ"ın yada düşürdü. Bu da təsadüfi deyildi. Klub illərlə həm nəticə, həm stabillik, həm də Avropadakı uğurları ilə ölkə futbolunda vahid gücə çevrilmişdi.

Amma futbolun bir qaydası var: səhvlər yığılanda, rəqiblər inkişaf edəndə və sən yerində sayanda nəticə dəyişir. Bu mövsüm də dəyişdi...

İndi bəzi çevrələrdə səsləndirilən əsas arqument budur ki, güya legioner limiti "köhlən atlar"ın çempion olmamasına səbəbiyyət verib. Halbuki məsələ heç də tək limit deyil.

Əgər bir klub illərlə Çempionlar Liqasından, Avropa Liqasından milyonlarla gəlir əldə edirsə, o zaman həmin klubun rəhbərliyi və baş məşqçisi gələcək riskləri əvvəlcədən hesablamalıdır. Legioner limitinin dəyişəcəyi yeni xəbər deyildi. Bu mövsümün əvvəlindən bəlli olan məsələ idi. Deməli, uyğun heyət planlaması aparılmalı idi. Burada məsuliyyət ilk növbədə Qurban Qurbanov və klub rəhbərliyinin üzərinə düşür.

Çünki mövsüm göstərdi ki, komanda 2 cəbhədə mübarizəyə tam hazır qurulmayıb.

Bəli, əsas heyətdə keyfiyyət var idi. Amma müasir futbolda yalnız start "11-liy"i ilə uğur qazanmaq olmur. Uzun marafonda rotasiya həlledici rol oynayır. Xüsusilə həm Premyer Liqa, həm də avrokuboklarda oynayan komanda üçün ehtiyat heyət minimum əsas heyət qədər vacibdir.

"Qarabağ" məhz burada ciddi axsadı.

Ramil Şeydayev, Aleksey Kaşuk, Kris Kuaku, Jeremi Qnali, Fabiyan Buntiç, Abbas Hüseynov kimi futbolçular mövsüm boyu komandada real rəqabət mühiti formalaşdıra bilmədilər. Bəziləri ümumiyyətlə gözləntilərin çox altında qaldı, bəziləri isə oyuna daxil olduqda komandanın tempini aşağı saldı.

Ən çox müzakirə olunan məsələlərdən biri də Ramil Şeydayevin yenidən komandaya qaytarılmasıdır. Açıq danışmaq lazımdır: həmin dönəmdə komandaya forma baxımından daha hazır, daha ritmli və daha dinamik hücumçu lazım idi. “Neftçi”də özünü doğrultmayan futbolçunu gətirmək risk idi və bu risk özünü doğrultmadı. Ümumiyyətlə, Qurban Qurbanov Ramili niyə geri qaytardı? Bu suala cavabı səmimi olacaqmı?

Əslində, problem təkcə konkret adlar deyil. Problem transfer siyasətinin ümumi olaraq effekt verib-verməməyindədir.

İllərlə Avropadan böyük gəlirlər qazanan klubun bu qədər zəif rotasiya ilə mövsümə girməsi ciddi suallar yaradır. Çempionlar Liqasından və Avropa Liqasından gələn pullar Azərbaycan reallığı üçün çox böyük rəqəmlərdir. Amma ortada nə ciddi akademiya sıçrayışı görünür, nə infrastrukturda böyük dəyişiklik, nə də transfer bazarında keyfiyyət baxımından fərq yaradan addımlar.

Bu gün artıq rəqiblər inkişaf edir.

"Sabah"ın çempionluğu kiminsə hədiyyəsi deyil. Onlar mövsüm boyu daha stabil, daha enerjili və daha "ac" komanda görüntüsü verdilər. Ən əsası isə, fürsətdən istifadə etdilər. Futbolda çempionluq da məhz budur.

Əgər illərlə dominant olan klub bir mövsüm səhv planlama edirsə, rotasiyanı düzgün qurmursa və transferlərdə yanılırsa, bunun məsuliyyətini legioner limitinin üzərinə atmaq doğru yanaşma deyil.

Çünki böyük klub olmaq təkcə qazanmaq yox, dəyişən şərtlərə hamıdan tez uyğunlaşmaqdır.

Orxan İsmayılov

Oxşar xəbərlər


Bütün xəbərlər

19 may: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in oyunçusu bu mövsüm debüt edən ən gənc futbolçudur
“Araz-Naxçıvan”ın əvəzedicilərindən minimalhesablı qələbə
Avropadan gələn pullar, zəif rotasiya və itən çempionluq
Birinci Liqada mükafatlandırma mərasimi keçiriləcək
“Şamaxı”nın futbolçusu əməliyyat edilib
"Barselona"dan növbəti rekord
İkinci Liqanın çempionu - "Xankəndi"
MPL: Mövsümün son turunun oyun cədvəli açıqlandı
Region Liqasının qalibi bəlli oldu!
“Qarabağ” yeni transferi rəsmən elan edib
Xorvatiya millisinin DÇ-2026 üçün heyəti - SİYAHI
"Beşiktaş"da Sergen Yalçın dövrü bitdi
Fərid Xəlilova vəzifə verildi
Xatirə turnirinə yekun vurulub
Nəriman Axundzadənin komandasında istefa
WUF13 ərəfəsində inklüziv antidopinq yanaşmalarına dair beynəlxalq konfrans keçirilib
"Sumqayıt"ın futbolçusu üçün əlamətdar oyun
"Ayntraxt"da gecikmiş istefa - RƏSMİ
Zamiq Əliyevin komandasından darmadağın