Xəbər lentiwidget-title-icon

Rüfət Abdullzadə İsrail klubunda qol hesabını açdı
"Mançester Siti" - "İnter" oyununda 6 qol - VİDEO
Azərbaycan millisi Avropa çempionatını 16-cı pillədə başa vurub
"Kəpəz" azarkeşləri "Cavad Xan" adlı yeni fan-klub yaradır
"Şəfa" ev oyunlarını bu stadionda keçirə bilər – ÖZƏL
"Qəbələ"də yeni qapıçı - RƏSMİ
"Portu"nun 25-ci çempionluğu
"Real" - "Fiorentina" oyununda 4 qol - VİDEO
La Liqa klubunda gənc oyunçu
"Roma"dan yeni transfer
Sanqarenin yeni klubu - RƏSMİ
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olub
"Ayaks"dan yeni transfer
Almaniya klubunda itki
Nigeriyalı vinger "Sabah"da
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb
Frank De Bleker Azərbaycandakı iş dönəmi haqda danışıb
Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə dörd medal
Bakıda “Masters” kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
Sabiq "Qarabağ"lıdan het-trik
Azərbaycan sablyaçıları dünya çempionatında 13-cü olub
“Neftçi SOCAR” Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala yüksəlib
De Bleker AFFA-dan getdi
"Sabah" onu yenidən icarəyə verdi
"Atlanta-1996"ya kitab hazırlanıb

“Qarabağ”ın unutduğu ad – Adil Nadirovun kölgədə qalan əməyi

“Qarabağ”ın bu gün gəlib çatdığı nöqtədən danışanda hər kəs Avropa uğurlarını, Çempionlar Liqasını, böyük transferləri və dolu tribunaları xatırlayır. Amma çox az adam o klubun hansı əzablarla ayaqda saxlanıldığını yada salır. Həmin çətin günlərdə “Qarabağ” üçün qapı-qapı düşən, sponsor axtaran, maliyyə tapan, klubu sözün həqiqi mənasında yaşadan adamlardan biri - bəlkə də birincisi Adil Nadirov idi.

Bu gün “Qarabağ”ın mövcudluğunda, sonradan “Azersun”a ötürülərək sabit sistem qurulmasında Adil Nadirovun müstəsna rolu olub. Əgər o dövrdə həmin fədakarlıq göstərilməsəydi, bəlkə də bu gün “Qarabağ” adlı klub, ümumiyyətlə, olmayacaqdı. İndi Avropada Azərbaycan futbolunun simvoluna çevrilən komandanın təməlində məhz o insanların əziyyəti dayanır.

Amma görünən odur ki, klub rəhbərliyi bunu unutmağa üstünlük verir.

Aprelin 28-i mərhum Adil Nadirovun doğum günü idi. “Qarabağ” isə bunu geniş formada yada salmağa ehtiyac duymadı. Nə klubun sosial şəbəkələrinin əsas səhifələrində (!) paylaşım, nə xatırlatma, nə də təşəkkür mesajı… Sanki bu klubun tarixində belə bir insan olmayıb.

“Qarabağ”ın Surxanıdakı stadionunun hansısa bir yerində Adil Nadirovun fotosu varmı? Klubun muzeyində, divarlarında, akademiyasında onun xidmətlərini xatırladan bir guşə mövcuddurmu? Bu klubun yaşaması üçün çalışan, ən çətin dövrlərdə onu ayaqda saxlayan insanın adı niyə kölgədə saxlanılır?

Bu münasibət kənardan çox pis görünür. Çünki tarixini unudan klub gələcəyinə də hörmət edə bilməz.

Adil Nadirov sadəcə keçmiş funksioner deyildi. O, “Qarabağ”ın ruhunu yaşadan adamlardan biri idi. Futbolçu oldu, məşqçi oldu, təşkilatçı oldu, klubun yaşaması üçün mübarizə apardı. Ağdam işğal altındaykən belə “Qarabağ” adının silinməməsi üçün çalışan insanlardan biri məhz o idi.

Bu gün “Qarabağ” Avropada qələbələr qazanırsa, UEFA himni altında meydana çıxırsa, bunun içində Adil Nadirovun da payı var. Onun əziyyəti, çəkdiyi yük və qoyduğu irs hələ də bu klubun üzərində yaşayır. Amma görünür, klub rəhbərliyi bunu etiraf etməyi və xatırlatmağı özünə borc bilmir.

Ən acısı isə budur ki, “Qarabağ” kənardan ailə klubuna bənzəyir, amma həmin ailənin ən ağır günlərində yükü çiyinlərində daşıyan insanların adı unudulur. Halbuki böyük klublar tarixlərini yaşadır, öz simvollarını ucaldır, onları gələcək nəsillərə tanıdır.

“Qarabağ” isə öz tarixinin vacib fiqurlarından birini yad etməyi belə “unudur”.

Bu, artıq sadəcə diqqətsizlik deyil. Bu, klub tarixinin bir hissəsinə qarşı hörmətsizlikdir.

Hilal

Oxşar xəbərlər