Xəbər lentiwidget-title-icon

Valdas Dambrauskas: "Bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq"
Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
"CBC Sport"un əməkdaşına AFFA-da vəzifə verilir
MS-dən "Barselona"ya - RƏSMİ
Daha bir millidə yeni baş məşqçi
Serbiyalı futbolçu "Neftçi"də
"Şamaxı"nın hücumçusu: "Qarabağ"a qarşı fərqlənmək komanda üçün yaxşı motivasiya oldu" – AÇIQLAMA
AFFA-da kütləvi ixtisarlar: Daha 7 şəxs işdən çıxarılır
"Sabahın Ulduzları": "Qarabağ" qalib gəldi, "Sumqayıt" uduzdu
"Sabah"ın rəqibində ayrılıq
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
Batşuayi də Ərəbistan yolunu tutdu
Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalında
“Sabah” bu ölkədə təlim-məşq toplanışı keçirəcək
18 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Premyer Liqa klubundan yeni transfer
"Ayaks"da yeni oyunçu
Çempionlar Liqasında pley-off mərhələsi başlayır
Bundesliqa klubunda yeni oyunçu
Oyan Nəzəriani: “Çimərlik güləşi ölkəmizdə getdikcə kütləviləşir”
"Şamaxı"nın hücumçusu: "Bu, sadəcə başlanğıcdır" – AÇIQLAMA
Azərbaycan güləşçilərindən DÇ-də iki medal
Fransa klubundan yeni transfer
Qurban Qurbanov "Şamaxı" üzərində qələbəni şərh etdi
Azər Bağırov: "Zamanla daha yaxşı “Şamaxı” görəcəyik”

Niyə o Xviçadan bizdə yoxdur? - Vüqar Məmmədov yazır

“Napoli”nin heyətində “Liverpul”a qarşı Xviça Kvaratsxeliyanın parlaq oyununu görən futbol azarkeşlərimiz bir cuala cavab axtarır.

Niyə o Xviçadan bizdə yoxdur?

Bu barədə hərə öz fikrini yazıb cavab tapmağa çalışır. Mən də bir hadisəni xatırlatmaqla bu suala cavab tapmağa çalışacağam.
3-4 ilin söhbətidir. Yol kənarında dayanıb maşın gözləyirdim. Arxa tərəfdə də maşın sexi var idi. 50-60 yaşlarında bir adam sexin qarşısında dayanmışdı. Keçən gündü, dəqiq xatırlamıram, necə oldusa söhbətə başladıq və o, oğlunun futbolçu olduğunu bildirdi. Həmin uşaq da sexdə idi. Uşaq deyəndə ki, artıq 15-16 yaşı olardı.

Bir xeyli atası ilə də, özü ilə də söhbətim oldu. Deməli, bu uşaq vaxtı ilə ölkə çempionatının aşağı yaş qrupunda, “Əlincə” komandasında oynayıb. İndi isə maşın sexində atasına kömək edir. Söhbət zamanı məlum oldu ki, onu komandaya həmin dövrdə burada işləyən gürcü məşqçi götürüb və bu mütəxəssis uşağın böyük perspektivi olduğunu bildirib.

Amma bir müddət sonra həmin gürcü məşqçinin rəhbərliklə mübahisəsi düşür və o, klubdan ayrılmalı olur. Gedərkən uşağın atasına zəng vurur, deyir ki, mən getdim, amma sən onu futboldan ayırma, qoy oynasın. Əslində bu zəngdə uşağın gələcək taleyindən bir nigarançılıq olub. Görünür məşqçi nigarançılığında da haqlı imiş. Sonra gələn yerli məşqçi hansısa şəxsi səbəbə görə bu uşağı komandadan kənarlaşdırır. Uşaq depresiyaya düşür, xeyli çəki itirir. Günlərin birində də gəlir atasının yanına, başlayır maşın sexində işləməyə.

Uşağa dedim ki, hələ gec deyil, yenə də oynaya bilərsən. Cavabı belə oldu: “Yox, o qədər iyrəncliklər görmüşəm ki, daha oynamaq istəmirəm”.
Bax, niyə o Xviçadan bizdə yoxdur sualının cavabı bəlkə də burdadır. Bizim Xviçalarımız maşın sexində usta köməkçisi, hansısa şirkətdə qarovulçu, kimin üçünsə günəmuzd fəhləlikdə və buna bənzər yerlərdədilər. Amma onlar “Napoli”də və Avropanın tanınmış klublarında ola bilərdilər. Əgər müəllimləri Xviçanın müəllimi kimi olsaydı.

Vüqar Məmmədov, "Komanda.az"

Oxşar xəbərlər

Bütün xəbərlər