Xəbər lentiwidget-title-icon

Yankoviçli Monteneqrodan səfər qələbəsi
Türkiyə yenə uduzdu, Fransada bərabərlik - GECƏNİN NƏTİCƏLƏRİ
"Göyqurdlar" bəyanat yaydı: "AFFA boykot"
"Sumqayıt"dan qələbə
Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri məlum olub
"Fənərbağça" futbolçuları Bakıdadır
"Kəpəz" daha bir yoxlama oyunu keçirib
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib
AFFA Lixtenşteynlə oyundakı heç-heçəyə görə futbolçulara mükafat verəcək: 15 min...
Paskal Qross birincidir
Azərbaycan millisinin heyətində ayrılıq
2-ci Liqada 10 oyunun vaxtı açıqlanıb
"Turan Tovuz" - "Fənərbağça" matçının biletləri satışda!
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib
Azərbaycan Kubokunda oyunların vaxtı açıqlanıb
Bakıda “Neftçi” və “Spartak” veteranları arasında oyun keçiriləcək
Türkiyə yığmasının növbəti sınağı - Millətlər Liqası
ABL-də ilk turun daha bir oyunu keçiriləcək
Azərbaycan - Litva matçının hakimləri açıqlanıb
AMADA rəsmisi Parisdə keçirilən iclasda iştirak edib
2 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Turan" İstanbulda "Fənərbağça"ya məğlub olub
Malen hamını qabaqladı
"Fənərbağça"ya "yaşıl işıq"
Azərbaycan şahmatçılarının oktyabr üçün FIDE reytinqi müəyyənləşib

Aygün Kazımova və Lamin Yamal… – ATMACA

Ölkəmizdə minifutbol üzrə dünya çempionatı keçirilir.

Şübhəsiz, mühüm idman hadisəsidir: dünyanın bir neçə ölkəsinin diqqəti paytaxtımızdadır və bir-birindən maraqlı oyunlar baş tutur.

Amma nə təəssüf ki, yerli ictimaiyyətdə bu turnir yalnız Aygün Kazımovanın çıxışı səviyyəsində maraq doğurub.

Hətta daha irəli gedib bu minifutbol turnirinə Aygünün minigeyimi prizmasından yanaşanlar da var – bunlar başqa söhbətin mövzusu.

Məni bir şey narahat edir, doğrusu.

Bizdə hər şey futbolun önünə keçir – birmənalı!

Ən uğurlu futbol hadisəmiz “Qarabağ” klubudur, o da beynimizdə Qarabağa həssaslığımızla qalıb. “Qarabağ” klubu nə qədər uğur qazansa da, keçmiş Qarabağ münaqişəsinin önünə keçə bilmədi.

Təəssüf! Amma olacaq.

İndi isə özü mini, mahiyyəti div olan dünya çempionatının önünə səhnəmizin divası keçib.

Məsələ Aygün Kazımova deyil. Qəti.

Var məsələnin lakini, amması, fəqəti.

Mayın 31-də dünyanın futbol üzrə ən mötəbər klub turniri olan Çempionlar Liqasının (ÇL) finalı keçiriləcək. Fransanın PSJ və İtaliyanın “İnter” klubları üz-üzə gələcək.

Qonşu ölkələrin hər biri bu final qarşılaşmasında təmsil olunacaq.

“İnter”: Türk futbolçu Hakan Çalxanoğlu, erməni futbolçu Henrix Mxitaryan, iranlı hücumçu Mehdi Taremi.

PSJ: Gürcü futbolçu Xviça Kvaratsxeliya, rus qolkiper Matvey Safonov.

Sərhəd olduğumuz hər 5 ölkədən futbolçu var bu turnirin finalında.

Bircə şərq sərhədimiz Xəzər dənizindən təmsilçi yoxdur, ordan da yəqin balıqlar ÇL-in nahar menyusuna qatılar.

İndi məşhur sual yenidən gündəmə gəlir: Bəs o əjdahadan bizdə niyə yoxdur?

Niyə azərbaycanlı futbolçular Avropanın əsas klub turnirində iştirak etmir, amma iqtisadiyyatı bizdən qat-qat zəif olan ölkələrin futbolçuları burada tarix yazır.

Hələ bunlar Azərbaycanla həmsərhəd ölkələrdir. Avropanın futbol giqantları olan ölkələr başqa leveldədir. İspaniyadan Lamin Yamal adlı 17 yaşlı bir uşaq çıxıb. İndidən “Qızıl top”a namizəd göstərilir. Dünya futbol ictimaiyyəti Lamin Yamaldan danışır, Azərbaycan futbol ictimaiyyəti Aygün Kazımovadan.

Çünki AFFA Azərbaycan ictimaiyyətinə başqa yol qoymayıb. Xəritədə tapa bilməyəcəyimiz ölkələr, topla yenicə tanış olan qəbilələr gəlib Bakıda milli komandamızı udub gedirlər.

Yekunda danışmağa bir mövzu qalır: Aygün Kazımova.

Futbol bir ölkəni dünya miqyasında reklam etməyin ən effektiv yoludur. Dünyada təxminən 4 milyard futbol azarkeşi var. Bu, planetin əhalisinin yarısı deməkdir.

Bir neçə gündən sonra dünya əhalisinin yarısı Henrik Mxitaryan və Xviça Kvaratsxeliyaya baxacaq. Dünya əhalisinin yarısı Ermənistan və Gürcüstan adlı ölkələrlə tanış olacaq.

Amma xəbərləri olmayacaq ki, Qafqazın lider ölkəsi Azərbaycanda Aygün Kazımova adlı müğənni var.

Aqşin Evrən, Globalinfo.az saytı

Oxşar xəbərlər


Bütün xəbərlər

Yankoviçli Monteneqrodan səfər qələbəsi
Türkiyə yenə uduzdu, Fransada bərabərlik - GECƏNİN NƏTİCƏLƏRİ
"Göyqurdlar" bəyanat yaydı: "AFFA boykot"
"Sumqayıt"dan qələbə
Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri məlum olub
"Fənərbağça" futbolçuları Bakıdadır
"Kəpəz" daha bir yoxlama oyunu keçirib
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib
AFFA Lixtenşteynlə oyundakı heç-heçəyə görə futbolçulara mükafat verəcək: 15 min...
Paskal Qross birincidir
Azərbaycan millisinin heyətində ayrılıq
2-ci Liqada 10 oyunun vaxtı açıqlanıb
"Turan Tovuz" - "Fənərbağça" matçının biletləri satışda!
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib
Azərbaycan Kubokunda oyunların vaxtı açıqlanıb
Bakıda “Neftçi” və “Spartak” veteranları arasında oyun keçiriləcək
Türkiyə yığmasının növbəti sınağı - Millətlər Liqası
ABL-də ilk turun daha bir oyunu keçiriləcək
Azərbaycan - Litva matçının hakimləri açıqlanıb
AMADA rəsmisi Parisdə keçirilən iclasda iştirak edib