Xəbər lentiwidget-title-icon

Zirə və Şamaxıda "sülh" - YENİLƏNİB
"Turan Tovuz" növbəti dəfə BƏYANAT YAYDI: "Haqsızlığa qarşı mübarizəmizi davam etdirəcəyik"
Kurban Berdıyev: "VAR-a gedəndə başqa qərar gözləyirdim”
Zaur İsmayılov: "Kobud səhvlərimizdən sonra qollar gördük"
"Zirə" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
Almaniya klubunda ayrılıq - RƏSMİ
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
"Real"da yeni müqavilə hazırlığı
13 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Naxçıvan"da yeni oyunçular
"Sabahın ulduzları"nda 11-ci tur start götürüb
Bu gün Mançester derbisi var
MPL: "Araz-Naxçıvan" "Turan Tovuz"a, "Qarabağ" "Zirə"yə qarşı
Azərbaycan yığması Niderlanda məğlub oldu, Ukraynaya qalib gəldi
Anatoli Nuriyevin komandasından darmadağın - 9:0
Sumqayıtda hərəyə 1 qol - VİDEO
Kökçünün komandasından heç-heçə
"Kəpəz"in qələbəsi - VİDEO
Sumqayıtda heç-heçə, "Kəpəz"dən qələbə - YENİLƏNİB
Amil Ağacanov: "Belə stadionlar və azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək"
Azər Məmmədovdan qələbə şərhi
"Arsenal"da yeni müqavilə
"Sumqayıt" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
“Qarabağ”ın əvəzedicilərindən qələbə
"Gəncə"də yeni müqavilə

Canni De Byazi: "Kimin kimdən güclü olduğunu meydan göstərəcək"

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah səfərdə Estoniya yığmasının qonağı olacaq

Pressing.az
xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi qarşılaşmadan öncə keçirilən mətbuat konfransında açıqlama verib:

- Estoniyaya qarşı ilk oyunun birinci hissəsində yaxşı oynamamışdıq. Amma ikinci yarıda yaxşı idik. Bu il 13 oyun keçirmişik. 6 qələbə qazanmışıq. Avstriya İsveç kimi güclü rəqiblərə uduzmuşuq. Həmin görüşlərdəki böyükesablı məğlubiyyət bizim üçün dərs oldu. Sabah ilk oyunun ikinci hissəsindəki kimi oynamağa çalışacağıq.

- Estoniya da sabah qələbə qazanmaq istəyir, siz də. Hər iki komanda üçün qalibiyyət çox önəmlidir...

- Heç bir məşqçi oyundan əvvəl uduzmaq və heç-heçə etmək istədiyini demir. Sabah çox ağıllı oynamalıyıq. Çox vaxt top bizdə olur, amma qol vura bilmirik. Sabah qol vurmağa çalışacağıq.

- Hücum oyunçularımız hazırda yaxşı formadadır. Sabah start heyətdə kimləri görə bilərik?

- Mənim üçün hamısı çox vacib oyunçulardır. Hər matçda onlardan qol gözləyirəm.

- Komanda 4 oyunda 1 xal toplayıb. Bizim sizdən gözləntimiz bu deyildi. Sabah qələbə qazanmaq üçün bəlkə də son şansdır. Qazaxıstan millisi öz qrupunda 12 xal toplayıb. Azərbaycan niyə bu uğura imza ata bilmir?

- Qazaxıstanın qrupunda Belçikadan güclü komanda var? Danimarka, Finlandiya güclüdür? Kimin kimdən güclü olduğunu meydan göstərəcək. Əlimizdən gələni edəcəyik. Qələbə qazanmaq üçün hər şey etməliyik. Rəqib də qələbə qazanmaq istəyir. Bu qrupda möcüzə gözləyirdiksə, deməli rəqiblərin heyətinə baxmamışıq.

- Üç ildir Azərbaycandasız. İtaliya mətbuatına müsahibələrinizdə demisiz ki, futbolçuların keyfiyyəti aşağıdır. Keyfiyyəti yüksəltmək üçün nə qədər burada qalmalısız?

- Azərbaycan çempionatının bütün oyunlarına baxıram. 2004-cü il təvəllüdlü Nəriman Axundzadəni milliyə çağırmışam. Futbolu komanda oynayır. Məşqçi təbii ki, kömək edir. Amma meydanda oyunçular olur. Əlimizdən gələni edirik. Fərdi səhvlər nəticəyə təsir edir. Gündü-gündən inkişaf etməliyik. Bir evi bir gündə tikə bilmərik.

- Digər müdafiəçilər zədəli olduğu halda Maksim Medvedevin milliyə çağırılmamasının səbəbi nədir?

- Bədavi və Bəhlul bizim üçün vacib oyunçudur. Kimisə milliyə çağırmıramsa, deməli səbəblər var. Əgər burada oynamaq istəyiriksə, bunun üçün hər şeyi etməliyik.

- Milli komanda uzun illər sonra Tofiq Bəhramov adına Respublika Stadionunda oynayacaq. Sizin üçün hansı stadionunda oynamağın fərqi var?

- Şəxsən mənim üçün heç nə dəyişmir. "Kamp Nou", "San Siro" kimi stadionlarda oynamağa öyrəşmişəm. Bilirəm ki, Respublika Stadionu da önənli, tarixi arenadır. Amma biz stimulu öz içimizdə tapmalıyıq. Bəli, azarkeşlər dəstək olsa, bizə çox yaxşı təsir edər.

Oxşar xəbərlər


Bütün xəbərlər

Zirə və Şamaxıda "sülh" - YENİLƏNİB
"Turan Tovuz" növbəti dəfə BƏYANAT YAYDI: "Haqsızlığa qarşı mübarizəmizi davam etdirəcəyik"
Kurban Berdıyev: "VAR-a gedəndə başqa qərar gözləyirdim”
Zaur İsmayılov: "Kobud səhvlərimizdən sonra qollar gördük"
"Zirə" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
Almaniya klubunda ayrılıq - RƏSMİ
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
"Real"da yeni müqavilə hazırlığı
13 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Naxçıvan"da yeni oyunçular
"Sabahın ulduzları"nda 11-ci tur start götürüb
Bu gün Mançester derbisi var
MPL: "Araz-Naxçıvan" "Turan Tovuz"a, "Qarabağ" "Zirə"yə qarşı
Azərbaycan yığması Niderlanda məğlub oldu, Ukraynaya qalib gəldi
Anatoli Nuriyevin komandasından darmadağın - 9:0
Sumqayıtda hərəyə 1 qol - VİDEO
Kökçünün komandasından heç-heçə
"Kəpəz"in qələbəsi - VİDEO
Sumqayıtda heç-heçə, "Kəpəz"dən qələbə - YENİLƏNİB
Amil Ağacanov: "Belə stadionlar və azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək"