Xəbər lentiwidget-title-icon

Azərbaycan gimnastlarından Çindəki yarışda bürünc medal
“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə
Azərbaycan millisinin Omanla oyunlarının vaxtı açıqlanıb

De Byazi: "Yalnız futboldan başı çıxmayan adam deyə bilər ki, əlimizdən gələni etmirik"

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah bakıda İsveç seçməsini qəbul edəcək.

Pressing.az
xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazi matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Eminə verilən sual düzgün deyil. Heç kim deyə bilməz ki, mübarizə aparmırıq,  meydanda ürəyimizi qoymuruq. Güclü rəqiblərə qarşı oynayırıq. Belə matçlarda uduzmaq normaldır. Təbii ki, səhvlər olur və bu, bizə baha başa gəlir. Azərbaycan millisi tarixində ilk dəfədir ki, 5 komandanın yer aldığı qrupda 4-cü yerdədir. Belə bir şey heç vaxt olmayıb.

- Burada çalışdığınız üç il ərzində nələri dəyişdiniz?

- Təbii ki, inkişaf çox olub. Bu, özünü meydanda göstərir. Hər oyunda maksimumumuzu veririk. Mənə də xoş olar ki, hər qarşılaşmada qələbə qazanaq. Amma belə rəqiblərlə matçlarda bu, mümkün deyil. Avstriya və Belçika ilə görüşlərdə son dəqiqələrə kimi mübarizə aprdıq. Avstriyaya son saniyələrdə qol da vura bilərdik. Yalnız futboldan başı çıxmayan adam deyə bilər ki, əlimizdən gələni etmirik.

- Zədəli oyunçular və ilk dəfə milliyə dəvət alanlar var. Onların durumu necədir?

- Emil Səfərovun zədəsi var. Həkimlə danışmışam. O, yaxşı futbolçudur. Gələcəkdə milliyə çox köməyi dəyəcək. Sabaha hazır olmayacaq. Ola bilər ki, Belçikaya qarşı oynasın. Yenilərə gəlincə, çalışıram hamıya şans verim. Bütün oyunçular bizim üçün vacibdir. Belçika ilə oyunda heyətdə dəyişikliklər ola bilər. Hər iki görüşdə meydanda var gücümüzü qoymalıyıq. Milliyə 27 futbolçu dəvət etrməyimiz səbəbi odur ki, 4 oyunçumuz sarı vərəqə limitindədir.

- İsveçlə aramızda 3 xal fərq var və bu, son ev oyunumuzdur. Bu amil sizə nə dərəcədə stimul verir?

- Sabah udsaq, riyazi olaraq İsveçə çatırıq. Qələbə üçün əlimizdən gələni edəcəyik.

- Hücumçular qol vura bilmir. Sabah necə olacaq?

- Hamıdan qol gözləyirəm, tək hücumçulardan yox. Bu, mental məsələdir. Təbii ki, hücumçular qapıya daha yaxın oynayır, onlar qol vurmağa daha yaxındır. 

- Musa Qurbanlı klubunda 7-8 oyundur ki, qol vura bilmir. Onunla söhbət etmisiz? Psixoloji durumu necədir?

- Hər şey yaxşıdır. Ona çox ümid bəsləyirik, gənc oyunçudur. Bu il yeni təcrübəyə başlayıb. Cərimə meydançasında çox yaxşıdır,  qol duyumu var. Ümid edirəm ki, gələcəkdə daha çox qollar vurar.

Oxşar xəbərlər


Bütün xəbərlər