Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

Canni De Byazi: "Komanda ümumilikdə yaxşı oynadı"

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Belçikaya 0:1 hesabı ilə məğlub olub.

Pressing.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb:

- Dünən də dediyim kimi çox ağır oyun gözləyirdi bizi. 90 dəqiqə ərzində çox yaxşı, ağıllı oyun göstərdik. Yaxşı keyfiyyət var idi. Çox şeyi hələ də inkişaf etdirməliyik. Topu qabağa vurmamalıyıq. İmkanlardan yararlanıb, belə rəqiblərə qol vurmaq lazımdır. Komanda ümumilikdə yaxşı oynadı. Bundan da çoxuna layiq idik. Sevindirici hal odur ki, oyundan sonra federasiya prezidenti gəlib uşaqlarla görüşdü, hamıya öz təşəkkürünü bildirdi, dedi ki, oyundan çox razı qaldım.

- Əvəzetmədən meydana çıxan futbolçular oyunu gücləndirmədi. Siz necə düşünürsüz?

- Meydana daxil olanlar öz işlərini gördülər. Çıxanlar yorulduqları üçün əvəz edildilər. Rəqib bizi yormuşdu. Meydana daxil olanlar da xoşuma gəldi. Belə oyunlarda meydana sonradan daxil olmaq çox çətindir. Əsas odur ki, əvəzetmələrdən sonra komandanın oyununun keyfiyyəti aşağı düşmədi. Əvəzetmələr futbolçuların pis oynadıqlarına görə olmadı. Yorulmuşdular. İstəyirdik ki, oyuna güc qataq.

- Birinci hissənin sonlarında Rahil Məmmədovun yorulduğu hiss edilirdi. Niyə əvəzləmədiz onu?

- Rahil təcrübəlidir. Hava toplarında bizə belə oyunçu lazım idi. Bu mövsüm klubunda da bütün oyunlarda meydana çıxıb. Ona görə də onun təcrübəsi bizim üçün önəmli idi.

- Amin Seydiyev nəyə görə "23-lük"dən uzaqlaşdırıldı?

- Seydiyev bizimlədi. Amma bu oyun üçün onu seçməmişdim. Çünki, başqa xarakterə malik oyunçular lazım idi. Belçika fiziki cəhətdən güclü komandadır.

- Belçikanın 3-4 qol vuracağı gözlənilirdi. Amma qol epizodları bizdə daha çox oldu. Sizə neçə il təcrübə lazımdır ki, millimiz bu günkü qol fürsətlərindən istifadə edə bilsin?

- Sizin yerinizdə olsaydım, belə oyun gördüyüm üçün sevinərdim. Komanda çox yaxşı oynadı. Göstərdik ki, Belçika kimi milli ilə başabaş mübarizə apara bilirik. Bizə çox məşq etmək lazımdır. Bu gün 2002-ci il təvəllüdlü oyunçu medyana daxil oldu. Düzgün yoldayıq. Avstriya və İsveçlə görüşlərdə böyük səviyyə fərqi yox idi. Rəqibə hədiyyələr verirsənsə, nəticələr ağır ola bilər. Nəyəsə nail olmaq istəyiriksə, bu təcrübələrdən keçmək lazımdır. Səviyyəli futbolçuları olan güclü komandalara qarşı oynayırıq.

Oxşar xəbərlər

Bütün xəbərlər