"Çelsi" "Vulverhempton"a da uduzdu - VİDEO
Pressing Tv
25-12-2023, 11:00

İngiltərə Premyer Liqasında 18-ci tura yekun vurulub.
Pressing.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib. “Vulverhempton” “Çelsi”ni qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra “Çelsi” 22 xalla 10-cu, “Vulverhempton” 22 xalla 11-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 40 xalla “Arsenal” başçılıq edir.
