"Qalatasaray" 3 xalı çətinliklə qazandı » Pressing.Az
"Qalatasaray" 3 xalı çətinliklə qazandı – VİDEO
Dünya Futbolu 16-01-2024, 00:36

“Qalatasaray” klubu Türkiyə Super Liqasında 20-ci tur oyununa çıxıb.

Pressing.az
xəbər verir ki, İstanbul təmsilçisi “Kayserispor”u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə çatıb.

Bu nəticədən sonra “Qalatasaray” 51 xalla 2-ci pillədə qərarlaşıb. “Kayserispor” 29 xalla 8-cidir. Turnir cədvəlinə 53 xalla “Fənərbaxça” başçılıq edir.