"Çelsi", yoxsa "Liverpul"? » Pressing.Az
"Çelsi", yoxsa "Liverpul"?
Dünya Futbolu 25-02-2024, 15:00

Bu gün İngiltərə Liqa kubokunda final oyunu baş tutacaq.

Pressing.az
xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" komandaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

"Liverpul" 9, "Çelsi" isə 5 dəfə bu turnirin qalibi olub.

Qeyd edək ki, hazırda "Liverpul" 60 xalla Premyer Liqanın lideridir. Çempionatda işləri yaxşı getməyən "Çelsi" isə 35 xalla 10-cudur.