"Çelsi"dən yeni qapıçı transferi » Pressing.Az
"Çelsi"dən yeni qapıçı transferi
Transferlər / Dünya Futbolu 28-08-2024, 09:28

"Çelsi" "Genk"in və Belçikanın U-19 millisinin qapıçısı Mayk Pendersi transfer edib.

Pressing.az xəbər verir ki, 19 yaşlı qolkiperlə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb. O, bu mövsümü Belçika təmsilçisində keçirdikdən sonra gələn yay "Çelsi"də oynayacaq.

2023/24 mövsümündə Penders ölkənin ikinci divizionunda 25 oyuna çıxıb və 42 qol buraxıb.