"Səbail"dən növbəti transfer - RƏSMİ » Pressing.Az
"Səbail"dən növbəti transfer - RƏSMİ
Transferlər / Azərbaycan Futbolu 8-06-2023, 18:56

"Səbail" klubu heyətinə daha bir futbolçu cəlb edib.

Pressing.az
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rüfət Abdullazadə ilə bir illik müqavilə imzalanıb.

22 yaşlı yarımmüdafiəçi son olaraq "Sumqayıt"da çıxış edib.

Qeyd edək ki, "Səbail" bundan əvvəl Yusif Nəbiyev və Süleyman Əhmədovu da transfer edib.