Xəbər lentiwidget-title-icon

Qanalı futbolçu "Gəncəbasar"da - RƏSMİ
"Kəpəz" azarkeşlərə çağırış etdi
Turun hakimləri açıqlandı
AFFA səhvi etiraf etdi, bəs "Turan Tovuz"un "yeyilən" xalı?
Messinin komandasında yeni baş məşqçi
2027-ci ildəki Formula 1 üzrə Azərbaycan qran-prisinin tarixi açıqlanıb
"Gəncə" məğlub oldu
“Gəncə Open-2026” Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
"Qəbələ"də yeni baş məşqçi
“Turan” Çempionlar Liqası hazırlıqlarını davam etdirir
16 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Türkiyə klubunda yeni təyinat
AL: “Milan” “Benfika”ya qarşı
"Kəpəz"in legioneri milliyə çağırıldı
AFFA Fitnes C kursuna start verilib
AFFA-nın "Fanta"sı və ya 10 nəfərlik "11-lik" – YAZI
"Qarabağ"ın futbolçusu milliyə çağırılıb
Mahir Emreli oynadı, komandası uduzdu
Azərbaycan yığması Yaponiya ilə qarşılaşacaq
Fransa klubunda ayrılıq
PAOK-da yeni futbolçu
“Sabah”ın qapıçısı milli komandaya çağırılıb
“Naxçıvan” Azərbaycan millisinin üzvünü transfer etdi - RƏSMİ
Azərbaycan çempionatı başa çatıb
“Araz-Naxçıvan”da iki yeni futzalçı - RƏSMİ

Azərbaycan millisi 3-cü dəfə Avropa çempionu oldu!

U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb.

Pressing.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, millimiz daha bir tarixi nəticəyə imza atıb.

Novi Sada böyük məşqçi Taleh İsrafilov və məşqçilər Rasim Ağayevlə Elbrus Məmmədovun rəhbərliyi altında yollanan komandamızın 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb.

Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionu olub. Millimiz 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla üçüncü yeri tutub.

Beləliklə, U-17 yunan-Roma güləşi üzrə yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub.

Bu yarışda millimiz medalların sayına və toplanan xallara görə də yeni rekorda imza atıb.

Xatırladaq ki, millinin heyətində Turan Daşdəmirov (51 kq), Ayxan Cavadov (60 kq) və Səid Paşayev Avropa çempionu olub. Əmrah Əmrahovla (48 kq) Yusif Əhmədli (71 kq) gümüş, Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov bürünc medal qazanıb.

Oxşar xəbərlər