Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

Eldəniz Əzizli: "Güləşçilər aysberqin görünən tərəfidir" – AÇIQLAMA

Albaniyada keçirilən dünya çempionatında tarixi uğura imza atan Yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

Pressing.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, üç qızıl medalla komanda hesabında aşkar fərqlə dünya çempionu olan və titulunu qoruyan yığmamızın Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

Yarışda qızıl medal qazanan güləşçilərimizdən biri, karyerasında 4-cü dəfə dünya çempionu olmaqla Azərbaycan güləş tarixində ilkə imza atan Eldəniz Əzizli bu uğuru haqqında danışıb. O deyib: "Təkcə öz qələbəmə görə yox, həm də komandamızın uğuruna görə sevinirəm. Tarixi nəticə oldu. İkinci pillədə olan komandanı böyük fərqlə qabaqladıq. İlk dəfə bir dünya çempionatında 3 qızıl medal qazandıq. 4-cü dəfə dünya çempionu olmaqla Azərbaycan güləş tarixində yeni rekorda imza atdım. Buna görə çox sevinirəm. Hər kəsə təşəkkür edirəm. Növbəti hədəfim 5-ci dəfə dünya çempionu olmaqdır. Məşqçilərimizə minnətdarlığımı bildirirəm. Güləşçilər aysberqin görünən tərəfidir. Görünməyən tərəfində isə şəxsi və milli komandanın məşqçiləri dayanır. Sözsüz ki, bu uğurların qazanılmasında bizə göstərilən diqqət və qayğının böyük rolu var. Buna görə ilk növbədə təkcə güləşə yox, ümumilikdə ölkə idmanına dəstək olan ölkə başçısına minnətdarlığımı bildirirəm".

Oxşar xəbərlər