Xəbər lentiwidget-title-icon

Malen hamını qabaqladı
"Fənərbağça"ya "yaşıl işıq"
Azərbaycan şahmatçılarının oktyabr üçün FIDE reytinqi müəyyənləşib
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
0:5-dən sonra xalqı düşünürdünüz, bəs indi? – YAZI
PL klubu yeni sponsorla müqavilə bağlayıb
Azərbaycan millisinin Lixtenşteynə qalib gələ bilmədiyi oyun - VİDEO
Ayxan Abbasov: "Bura gələndə hansı yükün altına girəcəyimi bilirdim"
Azərbaycan millisi Lixtenşteynə qalib gələ bilmədi...
AFFA-dan bu klublara cəza
Azərbaycan yığmasının Lixtenşteynlə oyun üçün heyəti açıqlandı
Azərbaycan millisi Kosovodan 8 qol buraxdı
"Mingəçevir Reqatası-2026" başa çatdı
Azərbaycan millisi Lixtenşteynə qarşı
"Gəncə” Avropa Kuboku oyunlarını burada keçirəcək
Stolüstü tennisçilərdən Tiflisdə beş medal
"Sabah”dan yeni mövsümə qələbə ilə start
"Neftçi” FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib
"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal

“Karvan”ı yüksək yerlərdə görmək istəyirik" - MÜSAHİBƏ

"Karvan" klubunun baş məşqçisi Kənan Kərimov I Liqanın II turunda səfərdə “İrəvan”la 0:0 hesabı ilə başa çatan matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Pressing.az xəbər verir ki, Yevlax təmsilçisinin çalışdırcısı qələbəni əldən verdiklərini bildirib.

- Oyunla bağlı fikilərinizi bölüşərdiz.

- Birinci turda qalib gəlmişdik. Rəqibimiz “İrəvan”ın gücünə bələd idik. Bizi narahat edən zədəli futbolçularımızın olması idi. Uşaqlardan razıyam. Xarakter göstərdilər, əzmkar mübarizə apardılar. Qol imkanlarına fikir versək, bizdə bu daha çox oldu. Bir qədər diqqətli olsaydıq burdan 3 xalla dönə bilərdik. Buna baxmayaraq, bu gün qazandığımız 1 xal 3 xala bərabərdi. Üzərimizdə bir qədər də işləyib qarşıdakı oyunlarda yaxşı nəticələr qazanacağıq.

- “Karvan” hansı hədəf uğrunda mübarizə aparır?

- Rəhbərlik sağ olsun, bizə hərtərəfli dəstək verir. Bu barədə konkret bir söz deyilməyib. Sadəcə, turnir cədvəlinin üst pillələrində qərarlaşmağımızı istəyir. Bildiyiniz kimi “Karvan” Premyer Liqada çıxış etdiyi vaxt da həmişə iddialılar arasında yer alıb. Çalışacağıq bizə göstərilən diqqət və qayğının qarşılığını verək, etimadı doğruldaq. “Karvan”ı yüksək yerlərdə görmək istəyirik.

- Sözlərinizdən belə aydın oldu ki, konkret olaraq qarşınıza elitaya vəsiqə qazanmaq tapşırığı qoyulmayıb...

- Çalışacağıq. Çempionluq mübarizəsində biz də varıq. Bəlkə də bu barədə danışmaq tezdi. Rəhbərliyin tapşırığına gəlincə, bizə deyilməyib ki, mütləq çempion olmalısız. Onlar yüksək yerlərdə qərarlaşmağımızı istəyirlər.

- Necə düşünürsüz, çempionluq yarışında əsas rəqibləriniz hansı klub və ya klublardı?

- Rəqib çoxdu, ad çəkmək istəmirəm. Premyer Liqaya yüksəlmək söhbəti olduğundan hər bir klub mübarizə aparır. Fikrimcə, indidən hansısa komandanın adını çəkmək tezdi. Ancaq onu deyə bilərəm ki, bu yolda biz də varıq.

- Komandanın potensialı Premyer Liqaya vəsiqə qazanmaq üçün yetərlidi?

- 3 ay ərzində yaranmış komandadı. Məncə, 3 ayda ən azı istədiyimizi qazanmışıq. Qarşıdakı turlardan sonra rəhbərliklə bir daha görüşüb yeni transferlərlə bağlı müzakirə aparacağıq.

- Bizdə olan məlumata görə, “transfer pəncərəsi”nin bağlanmasına baxmayaraq, qarşıdakı günlərdə yeni futbolçu ilə anlaşacaqsız. O da məlumdu ki, yeni transferiniz konqoludu...

- Bəli. Onun sənədlərini gözləyirik. Böyük ehtimalla, bu həftə məsələ həll olunacaq.

- Uğur qazanmaq üçün Azərbaycan kuboku da var. Çempionata daha çox diqqət ayıracaqsız, yoxsa ölkə kubokunda da nəticə qazanmağı düşünürsüz?

- Real durumu nəzərə almaq lazımdı. Deyək ki, kubokda da iddialıyıq, yalan olar. Gücümüzü sırf çempionata yönəldəcəyik.

Elsevər Muradzadə

Oxşar xəbərlər

Bütün xəbərlər